Yuxarı

Türkmənistan liderindən İlham Əliyevə məktub

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycan Prezidenti İlham Əliyevi 18 oktyabr-Dövlət Müstəqilliyi Günü münasibəti ilə təbrik edib.

Axar.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Təbrikdə qeyd edilir: “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günü münasibətilə Türkmənistan xalqı və hökuməti adından, şəxsən öz adımdan Sizə və Sizin şəxsinizdə ölkənizin bütün qardaş xalqına səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram. Türkmənistan ilə Azərbaycan arasında mövcud münasibətlərin yüksək səviyyəsini, bu münasibətlərin müxtəlif istiqamətlər üzrə, o cümlədən siyasi, ticari-iqtisadi, sosial, mədəni-humanitar və digər sahələrdə daim möhkəmlənməsini və inkişaf etməsini qeyd etməkdən fərəh duyuram. Türkmənistan-Azərbaycan dövlətlərarası dialoqun daha da genişlənməsinə ölkələrimizin sadiqliyi hər iki xalqın mənafelərinə uyğundur. Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik və böyük uğurlar diləyirəm. Qardaş Azərbaycan xalqına isə ən səmimi təbriklərimi çatdırır, sülh və firavanlıq arzu edirəm”.

Qeyd edək ki, İlham Əliyevi 18 oktyabr-Dövlət Müstəqilliyi Günü münasibəti ilə həmçinin Birləşmiş Millətlər Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifai və “RussNeft” Neft Şirkəti Publik Səhmdar Cəmiyyətinin Direktorlar Şurasının sədri Mixail Qutseriyev təbrik ediblər.

Tarix
2017.10.18 / 21:33
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezident Leonid Kalaşnikovu qəbul etdi

Azərbaycanda 5-ci nəsil qırıcı istehsalı... - Təcili

Bakı və Ankaranı cilovlamalıyıq ki... – Paşinyan

Prezident Quterreşin xüsusi müşavirini qəbul etdi

Paşinyan Başkənddən danışdı: Məsələni qaldırdıq...

"Qara beretlilər" sərhədimizdə “Üzük” əməliyyatı keçirir

Ermənilərin Vardanyanla bağlı şok planı...

ABŞ-ın sanksiya tətbiq etdiyi ilk Azərbaycan şirkəti...

Ukrayna Azərbaycana çağırış etdi

İrəvan sərhədimizdə nə planlaşdırır? - Nikolun məqsədi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla