Yuxarı

Türkiyənin nüfuzlu kanalından BTQ reportajı: Ən sürətli...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin nüfuzlu TRT Haber kanalı Bakı-Tiflis-Qars dəmir yolunun istifadəyə verilməsi ilə bağlı maraqlı reportajlarını davam etdirməkdədir.

Axar.az xəbər verir ki, oktyabrın 3-də bu kanalda mövzu ilə bağlı bir neçə fərqli reportaj yayımlanıb. Qazaxıstanın Kustanay stansiyasından Türkiyənin Mersin şəhərinə yola çıxan 82 konteynerdən ibarət yük qatarının Qars şəhərinə çatması ilə bağlı yayılan reportajda diqqətə çatdırılıb ki, sınaq qatarı mənzil başına qrafika uyğun çatacaqdır. Bu amil elə ilk gündən yeni dəmir yolu şəbəkəsini Avrasiya məkanındakı iqtisadi sfera üçün cəlbedici edəcək. Bakı-Tiflis-Qars dəmir yolunun istifadəyə verilməsi ilə bağlı Bakıda keçirilən açılış mərasimi ilə bağlı tamaşaçıların bir daha məlumatlandırıldığı reportajlarda Bakı-Tiflis-Qars dəmir yolunun təməlqoyma mərasimindən, tikinti proseslərindən, eləcə də açılış mərasimindən və sınaq qatarının hərəkət trayektoriyasından olan kadrlar əks olunub.

Bundan başqa, oktyabrın 3-də kanalın axşam xəbərləri buraxılışında tanınmış ekspertlərin iştirakı ilə Bakı-Tiflis-Qars dəmir yolunun texniki imkanları təhlil olunub. Mütəxəssislər əsaslandırıblar ki, bu dəmir yolu şəbəkəsi Avrasiyada ən sürətli polad magistral kimi şöhrət tapacaq. Diqqətə çatdırılıb ki, Bakı-Tiflis-Qars dəmir yolu qısa zaman kəsiyində qlobal məkanda yük daşınmalarının həcminin artmasını təmin edəcək.

Tarix
2017.11.04 / 02:11
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Xankəndidə sahibkarlar işə başladı - Video

İYİ Partiyasının yeni sədri məlum oldu

Müharibədən sonra neçə nəfər mina qurbanı olub?

Titusun Azərbaycana qərəzi: 44 rəqəmini seçdi... - Foto

Mülki əhali demək olar ki, hər gün təhlükə ilə üzləşir

4 kəndin qaytarılması bu istiqamətdə güclü addımdır

ABŞ-da Azərbaycan və Türkiyə səfirləri görüşdü

Buna görə müstəqil olmadıq, başqalarından asılı yaşadıq

COP29 Qafqazda sülh prosesinə kömək edə bilər - Qafarov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla