Yuxarı

Bu günün hava proqnozu: xəbərdarlıq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakıda və Abşeron yarımadasında havanın az buludlu olacağı, yağmursuz keçəcəyi, axşam buludluluğun artacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, axşama doğru mülayim şimal-qərb küləyi arabir güclənəcək.
Havanın temperaturunun gecə 20-24, gündüz 30-35, yarımadanın bəzi yerlərində 37 dərəcə isti olacağı gözlənilir.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 23-24, Zağulba, Mərdəkan, Şüvəlan, Buzovnada 24-25, Türkan, Hövsan, Şıx, Sahildə 25-26 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında iyunun 28-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi gündüz ayrı-ayrı yerlərda arabir güclənəcək.

Havanın temperaturunun gecə 20-25, gündüz 34-39, dağlarda gecə 11-16, gündüz 24-29 dərəcə isti olacağı gözlənilir.

Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında

İyunun 28-dən 29-na keçən gecədən başlayaraq şimal-qərb küləyinin güclənəcəyi, iyunun 29-u axşam və iyunun 30-da daha güclü olacağı gözlənilir. İyunun 30-da gecə və səhər saatlarında şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Havanın temperaturunun ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enəcəyi, iyunun 30-da 24-29 dərəcə isti təşkil edəcəyi, güclü küləkli hava şəraitinin iyulun 01-i gündüzədək davam edəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında iyunun 28-i günün ikinci yarısından başlayaraq qərb, şimal-qərb küləyinin güclənəcəyi, bəzi Kür vadisi rayonlarda isə daha da güclü olacağı gözlənilir. Gecə və axşam saatlarında bəzi yerlərdə şimşək çaxacağı, əsasən dağlıq və dağətəyi rayonlarda lokal leysan xarakterli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-6 dərəcə aşağı enəcək. Güclü küləkli hava şəraiti iyulun 01-dək davam edəcək.

Tarix
2014.06.28 / 00:15
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanın ərazi bütövlüyünü buna görə tanıdıq

Onlar Azərbaycanın qardaşıdır, bizim yox - Paşinyan

Prezident Xocalıda kənd sakinləri ilə görüşdü - Foto

İlham Əliyev Nikaraquanın həmprezidentlərini təbrik etdi

İlham Əliyev Xocalıda... - Fotolar

Bakının dörd, Ankaranın iki tələbi yerinə yetirilir - Vardanyan

Türkiyə XİN Azərbaycanı təbrik etdi

Martirosyan: Azərbaycan Ordusu bu döyüşündən sonra...

İlham Əliyev Qırmızı Bazar qəsəbəsində oldu

Britaniyalı nazir açıqladı: Azərbaycanla münasibətlər...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla