Yuxarı

Ukraynanın Arktikaya misli görünməmiş hücumu: Qərb narahatdır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ukraynanın Arktikaya misli görünməmiş hücumu: Qərb narahatdır

Ukraynanın Rusiyanın Arktikadakı qaz obyektlərinə misli görünməmiş hücumları Rusiya enerji sektorunun yeni zəifliyini və bunun dünya qaz bazarı üçün yarada biləcəyi potensial nəticələri nümayiş etdirib.

Axar.az xəbər verir ki, bu barədə “Blumberq” agentliyi məlumat yayıb.

Agentlik qeyd edir ki, Ukrayna dronları 3200 kilometrdən çox məsafə qət edərək sentyabrın 9-da qaz kondensatı kimi tanınan yüngül neft məhsulları emal edən iki zavoda zərbə endirib. Müəssisələr Şimal Qütb dairəsinin cənubunda, Rusiyanın təbii qazının təxminən 80 faizinin hasil edildiyi Yamalo bölgəsində yerləşir.

Hücumlar hələ də Yamal yarımadasından böyük həcmdə mayeləşdirilmiş təbii qaz (LNG) alan Avropada narahatlıq yaradıb. İranla müharibə fonunda artıq bahalaşan etalon qaz qiymətləri üç ildən çox müddətdə ilk dəfə olaraq meqavat-saat üçün 80 avronu keçib.

Dron hücumunda ən azı bir obyektə zərbə endirmək üçün istifadə olunan FP-1 dronlarının istehsalçısı olan Ukraynanın müdafiə texnologiyaları şirkəti “Fire Point” bildirib ki, bu hücum “dronla həyata keçirilən zərbənin məsafəsi üzrə yeni rekord” müəyyən edib.

Hücumları həyata keçirən Ukrayna Xüsusi Əməliyyat Qüvvələri isə aparatların Rusiyanın “bu günə qədər tamamilə təhlükəsiz arxa cəbhə hesab etdiyi” əraziyə çatdığını bildiriblər.

Tarix
2026.09.11 / 09:15
Müəllif
Axar.az
Digər xəbərlər

Akopyandan anklavlarla bağlı ağlasığmaz təklif

İlk dəfə azərbaycanlılar üçün bunu mən etmişəm - Saakaşvili

Azərbaycan XİN Pakistana başsağlığı verdi

Paşinyanın Azərbaycanla bağllı “hədəfi” - Plan

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Azərbaycanın dövlət büdcəsinin gəlirləri artırıldı

Bakıdakı bu Zirvə görüşü mühüm mərhələdir - XİN

Azərbaycan Konsulluğunun önünə getmək xəyanətdir - Atay

Azərbaycanda bu kəndlərin adı dəyişdirildi - Rəsmi

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla