Yuxarı

İsveç şirkətlərinin Azərbaycana marağı... - Əməkdaşlıq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsveç şirkətləri Azərbaycanla enerji sahəsində əməkdaşlıqda maraqlıdır.

Energetika Nazirliyindən Axar.az-a bildirilib ki, bu barədə energetika nazirinin müavini Gülməmməd Cavadovun İsveçin dövlət katibi, Avropa İttifaqı və Ticarət məsələləri üzrə naziri Oskar Stenströmun rəhbərlik etdiyi nümayəndə heyəti ilə keçirdiyi görüşdə danışılıb.

“Nobel qardaşları”nın fəaliyyəti nümunəsində Azərbaycanın neft sənayesində İsveçlə əməkdaşlığın uzun bir tarixə malik olduğunu xatırladan G.Cavadov Bakı-Batumi arasında neft kəmərinin inşasının da bu adla bağlı olduğunu deyib. Nazir müavini İsveçlə Azərbaycanın enerji əməkdaşlığının Avropa İttifaqı çərçivəsində davam etdiyini qeyd edib, ölkəmizin Avropanın enerji təhlükəsizliyi, enerji mənbə və marşrutlarının şaxələndirilməsi kimi prioritetlərinə cavab verən qlobal layihələri həyata keçirməklə bu əlaqələri möhkəmləndirdiyini diqqətə çatdırıb.

Bildirilib ki, müstəqillik illərində ölkənin dayanıqlı inkişafının təmin edilməsi istiqamətində 50-dan çox proqram həyata keçirilib. Hazırda isə ölkə iqtisadiyyatının rəqabətqabiliyyətliyinin artırılmasına yönələn, sosial rifahın yüksəlişi, ölkəyə investisiyaların cəlbi, azad rəqabət mühitinin formalaşması, bazarlara çıxış və insan kapitalının inkişafı üçün böyük imkanlar yaradan “Strateji Yol Xəritələri” həyata keçirilir. Enerji sektorunu da əhatə edən bu xəritələrdə isə yeni texnologiyalar və qabaqcıl təcrübənin tətbiqinin vacibliyi qeyd olunub. Bu baxımdan Energetika Nazirliyi İsveç şirkətlərinə müvafiq sahələrdə əməkdaşlıqda dəstək verməyə hazırdır.

İsveçin dövlət katibi, Avropa İttifaqı və Ticarət məsələləri üzrə naziri O.Stenström isə bildirib ki, enerji və nəqliyyat infrastrukturu ölkənin davamlı inkişafının əsasını təşkil edir. Bu səbəbdən İsveç biznes nümayəndələrinin səfərinin çox əlverişli zamana təsadüf etdiyini düşünürəm. Onun sözlərinə görə, İsveç şirkətləri davamlı uzunmüddətli inkişaf və müasirləşmə proqramları üzrə həll yollarını təmin edə bilərlər.

Sonra tədbirdə təmsil olunan şirkətlər innovativ texnologiyalar, avadanlıq və xidmətlərin tətbiqini tələb edən layihələrlə maraqlanıb və əməkdaşlıqlarını təklif ediblər.

Tarix
2017.11.08 / 22:33
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

Prezident BƏƏ naziri ilə görüşdü

Əliyev Berbokla görüşdü

Azərbaycanla Ermənistan arasında müharibə... - Pakayin

Media məkanımızı bundan qorumalıyıq - Prezident

Həmvətənlərimiz Prezidenti belə qarşıladı - Video

Sülhə doğru əlavə addımlar atırıq - Prezident

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

COP29 qarşıdurma arenası olmayacaq - İlham Əliyev

Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq... - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla