Yuxarı

Bu oyunu “Çelsi” udmadı, hakimlər uddu – Paşayeva

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qarabağ-Azərbaycan” deyilərək yüzlərlə kanalda nümayiş olunan və ya reportajı yayımlanan bu oyunun Qarabağ həqiqətlərinin yayılmasındakı rolu o qədər böyükdür ki, onu anlatmağa ehtiyac yoxdur.

Axar.az xəbər verir ki, bu sözləri millət vəkili Qənirə Paşayeva bu gün keçirilən"Qarabağ"-"Çelsi" oyununun nəticəsinə münasibət bildirərkən qeyd edib. O bildirib ki, soyuq havaya baxmayaraq, əziz “Qarabağ”ın “Çelsi” ilə oyununu stadionda izləyib və komandanı dəstəkləyib:

“Qarabağ” çox gözəl oynadı. Bu oyunu “Çelsi” udmadı. Sadəcə, hakimlər “Qarabağ”ın uduzması üçün əllərindən nə gəirdilərsə, etdilər. “Çelsi”nin oyunu udmasına dəstək oldular. Penaltilər haqsız verildi, qırmızı vərəqə də... Amma “Qarabağ” 10 oyunçu ilə də çox yaxşı oynadı”.

Millət vəkili qeyd edib ki, açıqca hiss olunurdu ki, “Çelsi” oynadığı rəqibin güclü olduğunu hiss edir:

“Futboldan anlamayanlar deyə bilər ki, uduzduq. Amma futbolu bilənlər bilir ki, “Qarabağ”ın “Çelsi” kimi klublarla oynamağı nə deməkdir. Bu klubun büdcəsi “Qarabağ”la müqayisədə on dəfələrlə çoxdur. Azarkeşlərə təşəkkür edirəm. Sonuna qədər komandaya ruh verdilər və yanında oldular. Soyuq havaya baxmayaraq, onminlərlə insan stadionda “Qarabağ” üçün tək ürək idi. Uğurlar, “Qarabağ”. Hər zaman yanındayıq”.

Qeyd edək ki, bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsinin beşinci turunda Bakı Olimpiya Stadionunda “Qarabağ” “Çelsi” ilə qarşılaşıb. İngiltərə təmsilçisi görüşün nəticəsində 4-0 hesablı qələbə əldə edib.

Tarix
2017.11.23 / 00:25
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

İki deputatımızın rüsvayçı açıqlaması: Nikol sevinir - Video

Prezident Yan Vanmini qəbul etdi

Ermənistan ordusu iyuna qədər... – Araik hansı sirləri açıb?

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla