Yuxarı

Lukaşeviç: Əliyevlə Sərkisyanın görüşü ümid yaradıb

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu il regionda təhlükəli eskalasiyadan uzaqlaşmaq və danışıqların dinamikasının bərpa edilməsi baxımından son dərəcə əhəmiyyətlidir. Biz Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin il ərzində əlaqələrini alqışladıq. Onlar yetərincə intensiv iş görüblər, bu isə dekabrın 7-8-də Vyanada ATƏT üzvü olan ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclasında da intensiv iş aparmağa imkan verib. Şurada ATƏT-in Minsk qrupunun həmsədrləri olan üç ölkənin nazirlərinin birgə bəyanatı qəbul edilib.

Axar.az xəbər verir ki, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) yanında RF-nin daimi nümayəndəsi Aleksandr Lukaşeviç bu sözləri ATƏT üzvü olan dövlətlərin Xarici İşlər Nazirləri Şurasının 24-cü iclasının yekunlarına həsr edilmiş Moskva-Vyana videokörpüsü formatında mətbuat konfransında söyləyib.

A.Lukaşeviç “Moskva-Bakı” portalının müxbirinin sualını cavablandırıb. O deyib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri iki ölkənin nazirləri ilə ayrı-ayrılıqda əlaqə saxlayıb, ATƏT-in Minsk qrupunun həmsədrlərinn vasitəçiliyi ilə Azərbaycan və Ermənistan XİN başçılarının çox intensiv görüşü keçirilib.

A.Lukaşeviç vurğulayıb ki, oktyabrın 16-da Cenevrədə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü hamının qəlbində ümid oyadıb. Həmin görüşdə tərəflər danışıqlar prosesini intensivləşdirmək, Dağlıq Qarabağ münaqişəsinin ən mühüm problemlərinin həlli üçün kompromis variantlar axtarışını davam etdirmək barədə razılığa gəliblər.

Onun sözlərinə görə, yaxın vaxtlarda, ola bilsin yanvar ayında həmsədrlərin dəstəyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü gözlənilir. A.Lukaşeviç deyib: “Biz bu meyli dəstəkləyirik və hesab edirik ki, ATƏT-in həmsədrləri, habelə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi cənab Kaspşik hər cür dəstəyə layiqdirlər və Dağlıq Qarabağ münaqişəsinin tərəfləri arasında fikir ayrılığının davam etməsinə baxmayaraq ATƏT-də kifayət qədər geniş kontekstdə bu cür dəstək var.

O vurğulayıb ki, cari ilin tendensiyası bütövlükdə ümidvericidir. A.Lukaşeviç deyib: “İstərdik ki, bütün bunlar gələn il də saxlanılsın. Avstriyanın həmsədrliyi italiyalı həmkarlarına çox yaxşı estafet verir. Tərəflərin bu onilliklər ərzində Dağlıq Qarabağ münaqişəsinə dair üst-üstə yığılmış çox mürəkkəb problemlərin həllində kompromislər axtarışı yolu ilə getmək niyyəti dəstəklənəcək, biz də buna hər vasitə ilə kömək edəcəyik. Rusiya bu danışıqlar prosesinə təsir göstərmək, tezliklə qarşılıqlı məqbul həlli tapmaqda Bakıdakı və Yerevandakı dostlarımıza kömək etmək funksiyasını özündə saxlayır”.

Tarix
2017.12.11 / 19:54
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

ABŞ-dan yeni "dalğa": Şuşa açıqlaması və 600 min rüşvət…

İlham Əliyev və Rəisi bu iki bəndin açılışında iştirak edəcək

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Foto

Kupman Cənubi Qafqazdan sonra Türkiyəyə gedir

Mehriban Əliyeva xristian icmasını təbrik etdi

Baxçalı “Əhməd Cavad" Şərəf Medalı ilə təltif olundu

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

İƏT-dən azərbaycanlıların Ermənistana qayıdışına dəstək

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla