Yuxarı

Putin Ərdoğana sürpriz etdi - Politoloq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya və Türkiyə Suriyada İŞİD üzərində qələbə çaldılar. Ancaq bununla məsələ bitmir.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Rusiya Prezidenti Vladimir Putinin Türkiyədən əvvəl Suriyaya getməsinin səbəblərini şərh edərkən qeyd edib. O bildirib ki, Rusiya prezidentinin Türkiyəyə Suriyadan sonra getməsi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan üçün sürpriz idi:

"Rusiya Prezidenti Vladimir Putin Ankaradadır. Putinin Suriyaya səfərinin bir neçə məqsədi var idi. Birincisi, Putin Suriyaya gəlməklə beynəlxalq aləmə mesaj göndərdi ki, məhz Rusiya ordusunun səyləri nəticəsində Suriyada beynəlxalq terrorçuların kökü kəsildi. İkincisi, Putin türkiyəli həmkarı və dostu Rəcəb Tayyib Ərdoğana da güclü mesaj göndərdi ki, Türkiyə prezidentinin Suriya Prezidenti Bəşər Əsədə qarşı siyasətini qəbul etməyəcək".

Politoloq vurğulayıb ki, Suriyada indi yeni dövr başlayır, Bəşər Əsəd müxalifətlə dialoqa başlamalı, hakimiyyətini dünənki rəqibləri ilə bölüşməlidir:

“Əgər Əsəd tərslik göstərsə, Suriyada yenə vətəndaş müharibəsi təhlükəsi yaranacaq və Rusiya-Türkiyə birliyi çat verəcək. Ona görə də Putinlə Ərdoğan Ankaradakı danışıqlarında Suriyanın gələcəyini müəyyənləşdirməyə cəhd göstərəcəklər”.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Ankaraya səfər edib.

Tarix
2017.12.11 / 23:32
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Rus hərbi texnikaları Xocalıdan çıxdı - Video

Təcili: Qarabağ erməniləri yürüşə silahla qoşulur – Şok video

İlham Əliyev Qələbə paradında iştirak edəcək? - Uşakov

ABŞ və İrəvan arasında ilk illik qərargah danışıqları oldu

Bayramov ATƏT sədri ilə telefon danışığı apardı

Bakı-Ankara hərbi əməkdaşlığı genişləndirir - Video

Robert Fitso Azərbaycana gəldi

DTX-nin əməkdaşları “Heydər zirvəsi”ndə - Foto

ABŞ səfiri Füzulidə - Foto

Erməni xalqı müharibəni seçir? - Ekspert

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla