Yuxarı

Lavrov Bakıdan hansı təkliflə getmişdi? - Sərkisyan

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan prezidenti Serj Sərkisyan Dağlıq Qarabağla bağlı Rusiyaya məxsus “Lavrov planı”nın mövcudluğunu inkar edib və münaqişənin həlli ilə bağlı danışıqların ruhuna zidd açıqlamalar verib.

Publika.az xəbər verir ki, “Ermənistan” telekanalına müsahibə verən Sərkisyan Qarabağ münaqişəsinin nizama salınması üzrə aparılan danışıqlarda konkret bəndlərin müzakirə edilmədiyini bildirib.

Onun iddialarına görə, hazırda proses iki istiqamət üzrə irəliləyir: “Birincisi, gərginliyin azaldılması. İkincisi, gərginliyi aradan qaldırmağa imkan verəcək nəzarət mexanizmlərinin qurulması. Yalnız bunlardan sonra hansısa sənədlər üzrə müzakirələr mümkün olacaq. Eyni vaxtda güllələmək və danışıq aparmaq mümkün deyil. Bu şəraitdə razılığa gəlmək də mümkün deyil. Atəşkəsin pozulması gərgin vəziyyət yaradır”.

Sərkisyan deyib ki, münaqişənin həlli ilə bağlı gündəmə gələn “Lavrov planı” mövcud deyil.

“Danışıqlar masasında hansısa konseptual sənəd yoxdur. Lavrov Ermənistana sonuncu səfəri zamanı Qarabağla bağlı hansısa təkliflər gətirməmişdi”, - deyə Sərkisyan iddia edib.

Hərçənd, Rusiya xarici işlər naziri Sergey Lavrov bir müddət öncə “Qarabağ münaqişəsi ilə bağlı ümumi razılıqlar var, sadəcə olaraq, bəzi kiçik detallar müzakirə olunur” deyə açıqlama vermişdi.

Lavrovun ötən ay Bakı və İrəvana səfəri zamanı da Qarabağla bağlı yeni təkliflər gəıtirdiyi deyilirdi.

Sərkisyan bu açıqlamaları isə işğalçı ölkənin münaqişənin həllində maraqlı olmadığını və regionda yeni müharibəyə təhrik etdiyini bir daha göstərir.

Tarix
2017.12.15 / 23:53
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

UNESKO bir adamın əlində alətə çevrilməməlidir

Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan

Əliyevi gözləyirik, Nikol isə gəlməlidir. Əgər gəlməsə…

Türkiyə İsraillə ticarəti kəsdi: milyardlardan imtina etdi

Kupman Bakıda: Hacıyevlə görüşdü - Foto

Bakı Forumunun yekununda Bəyannamə qəbul edildi

NATO tankları Moskvanın mərkəzində - Foto

Bayramov Quterreşin müşaviri ilə COP29-u müzakirə etdi

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla