Yuxarı

GUAM-ın büro və komitə iclasları keçirildi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilatın (GUAM) Parlament Assambleyasının 10-cu sessiyası çərçivəsində dekabrın 17-də Tiflisdə qurumun büro və komitə iclasları keçirilib.

Axar.az xəbər verir ki, iclaslarda GUAM-ın digər beynəlxalq təşkilatlar və onların parlament qurumları arasında əlaqələrinin və əməkdaşlığın inkişaf perspektivləri, qurum daxilində təhlükəsizlik və s. məsələlər müzakirə olunub.

Tədbirlər zamanı Azərbaycan parlament nümayəndə heyətinin üzvləri Dağlıq Qarabağ münaqişəsi barədə tədbir iştirakçılarına məlumat veriblər. BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi 4 qətnamənin işğalçı Ermənistan tərəfindən yerinə yetirilmədiyi, bir milyondan çox insanın doğma yurd yuvalarına qayıda bilməməsi bir daha iştirakçıların diqqətinə çatdırılıb. Bildirilib ki, bu münaqişənin həllinin uzanması regionda və dünyada sülhə təhdiddir.

İclaslarda GUAM PA-nın 10-cu sessiyasının gündəliyi də diqqət mərkəzində olub.

Plenar sessiyada GUAM ölkələri arasında əlaqələrin inkişafı, parlamentlərarası münasibətlərin daha da genişləndirilməsi, bu sahədə qanunverici orqanların rolu və s. məsələlər müzakirə olunacaq.

Sessiyada Azərbaycanı Milli Məclisin GUAM PA-dakı nümayəndə heyətinin rəhbəri Azər Kərimli, deputat Əli Məsimli və digər rəsmi şəxslər təmsil edirlər.

Tarix
2017.12.17 / 22:48
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Xankəndidə sahibkarlar işə başladı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla