Yuxarı

Ermənilərin Türkiyəyə qarşı növbəti oyunu – Ekspert

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Türkiyə ilə 2009-cu ildə imzalanmış Sürix protokollarından imtina etməklə bağlı bəyanatı növbəti siyasi gedişdir.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Arzu Nağıyev deyib. Ekspert Ermənistanın Xarici İşlər naziri Edvard Nalbəndyanın sözügedən bəyanatının bir neçə məqsədə xidmət etdiyini düşünür:

“Onların içərisində Dağlıq Qarabağ məsələsi də var. 2018-ci il yaxınlaşdıqca qondarma soyqırımın “ildönümü” yenidən gündəmə gəlir. Ermənistanın məqsədi bütün dünyaya yalançı soyqırımı qəbul etdirməkdir. İndi də Surix protokollarının parlamentdə ratifikasiyasından imtina edəcəklərini bildirirlər. Burada da baş planda məhz Dağlıq Qarabağ münaqişəsi durur. Qarabağ problem nə qədər həll olunmayıb, Türkiyə birmənalı şəkildə Ermənistanla sərhədləri açmayacaq. Ona görə də hesab edirəm ki, Ermənistanın Türkiyəyə qarşı bu kimi “şantajlardan” müxtəlif vaxtlarda bir bəhanə kimi istifadə edib. Bu da növbəti oyunlarıdır”.

Qeyd edək ki, Ermənistan Xarici İşlər naziri Edvard Nalbəndyan Sürix protokollarını gələn ilə qədər ləğv edəcəklərini və bunun səbəbinin Ankara olduğunu açıqlayıb.

Türkiyə Xarici İşlər Nazirliyi isə Nalbəndyanın Türkiyəyə qarşı bu ittihamının əsassız olduğunu bildirib.

Açıqlamada Ermənistanın Konstitusiya Məhkəməsinin 2010-ci ildə bu protokolların ruhuna zidd qərar verdiyi və ardınca isə Prezident Serj Sərkisyanın ratifikasiyanı təxirə saldığı vurğulanıb.

Tarix
2017.12.20 / 08:30
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

ABŞ-dan yeni "dalğa": Şuşa açıqlaması və 600 min rüşvət…

İlham Əliyev və Rəisi bu iki bəndin açılışında iştirak edəcək

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Foto

Kupman Cənubi Qafqazdan sonra Türkiyəyə gedir

Mehriban Əliyeva xristian icmasını təbrik etdi

Baxçalı “Əhməd Cavad" Şərəf Medalı ilə təltif olundu

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

İƏT-dən azərbaycanlıların Ermənistana qayıdışına dəstək

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla