Yuxarı

AŞ-nin baş katibi: Bu, müsbət addımdır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasında çıxış edən baş katib Torbörn Yaqland Azərbaycanda son dövrdə aparılmış hüquqi islahatları yüksək qiymətləndirib, onların əhəmiyyətli irəliləyiş olduğunu vurğulayıb.

Axar.az xəbər verir ki, baş katib T.Yaqland çıxışından sonra Parlament Assambleyası üzvlərinin suallarını cavablandırıb.

Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov Avropa Şurasının növbəti ildə baş tutacaq 70 illik yubileyinə hazırlıqlarla bağlı qurumun yeni yubiley medalının təsis edilməsi təklifini irəli sürüb.

“Avropa Şurasının şərəfli yubileyinə, 70 yaşının tamam olmasına 1 il qalır və artıq bununla əlaqədar bir sıra işlərin görülməsi zərurəti yaranıb. Avropa Şurası qitənin və dünyanın siyasi mənzərəsinin dəyişməsi və daha sağlam demokratik iqlimin bərqərar olması istiqamətində bu illər ərzində böyük xidmətlər göstərib. Qarşıdakı yubiley münasibətilə “Avropa Şurası” adlı medalın yaradılması məqsədəuyğun olardı. İnanıram ki, təltif ediləcək hər kəsin iftixarla daşıyacağı bu medalla həm Avropa Şurasının hazırda fəaliyyət göstərən, eləcə də bu gün təşkilatda olmayan, amma vaxtilə burada çalışmış və insan hüquqlarının qorunmasına, demokratiyanın inkişafına töhfələr vermiş şəxsləri mükafatlandırmaq olar”, - deyə R.Hüseynov bildirib.

Milli Məclisin deputatı qeyd edib ki, gələcəkdə bu medal Avropa Şurasının daimi təltifinə çevrilə bilər. Avropa Şurasının hər sessiyasında bu medalla Avropada və dünyada təşkilatın ideallarının təbliği və tətbiqi istiqamətində seçilən şəxsləri təltif etmək olar.

“Bu ideyaya münasibətiniz necədir və təklifin reallaşması üçün baş katib olaraq nə kimi addımlar ata bilərsiniz?” sualına cavabında T.Yaqland bildirib ki, Avropa Şurasında əvvəllər təsis edilmiş xüsusi medal var və tez-tez olmasa da, ayrı-ayrı şəxslər insan hüquqları və demokratiya yolunda fəaliyyətlərinə görə həmin medalla təltif olunur. Amma 70 illik yubiley təbii ki, bu məsələyə təzə baxışla yanaşmağı və yeni təltif formaları haqda düşünməyi tələb edir.

Tarix
2018.01.22 / 20:08
Müəllif
Aytac Araz
Şərhlər
Digər xəbərlər

Türkiyə İsraillə ticarəti kəsdi: milyardlardan imtina etdi

Kupman Bakıda: Hacıyevlə görüşdü - Foto

Bakı Forumunun yekununda Bəyannamə qəbul edildi

NATO tankları Moskvanın mərkəzində - Foto

Bayramov Quterreşin müşaviri ilə COP29-u müzakirə etdi

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

Prezident pravoslav xristian icmasını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla