Yuxarı

Samuelsen: AŞ Qarabağla bağlı bunu edə bilər - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün AŞ Nazirlər Komitəsinin yeni sədri, Danimarkanın xarici işlər naziri Andres Samuelsen AŞPA-da çıxış edib və millət vəkillərinin suallarını cavablandırıb.

Axar.az xəbər verir ki, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva Assambleyada Dilqəm Əsgərov və Şahbaz Quliyevin girov götürülmə, həmçinin Ermənistanın onlara qarşı göstərdiyi vəhşiliyi təsdiqləyən fotoları nümayiş etdib və Nazirlər Komitəsi qarşısında Ermənistanın qeyri-qanuni olaraq girov saxladığı, işgəncə verdiyi və beynəlxalq çağırışlara da məhəl qoymayaraq, azad etmədiyi Diqəm Əsgərov və Şahbaz Quliyev məsələsini və rəsmi İrəvanın AŞPA qətnamələrinə əhəmiyyət verməyərək, öz evilərinə dönmələrinə izn vermədiyi azərbaycanlı qaçqın və məcburi köçkünlərin pozulan insan haqlarını qaldırıb və sualla müraciət edib:

”Nazirlər Komitəsinin yeni sədri kimi neçə aylardır Ermənistanın qanunsuz olaraq girov saxladığı 2 azərbaycanlının - Şahbaz Quliyev və Dilqəm Əsgərovun azad edilməsi istiqamətində onların ailəsi sizdən dəstək gözləyir. Bu istqamətdə hansı addımlar atacağınızı gözləyə bilərlər? Eyni zamanda, 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkün Ermənistanın Azərbaycan torpaqlarını işğalda saxlaması səbəbindən 25 ildir öz evlərinə dönə bilmirlər. Bir sədr kimi sizdən də dəstək gözləyən bu insanlara buradan nə söyləmək istərdiniz?”

“Bu münaqişə ilə bağlı vasitəçilik ATƏT Mİnsk Qrupunun səlahiyyətləri daxilindədir” deyən AŞ Nazirlər Komitəsinin yeni sədri Andres Samuelsen bildirib ki, Avropa Şurası tərəflər arasında sülh üçün zəruri olan inam şəraitinin formalaşmasına dəstək ola bilər.

Tarix
2018.01.23 / 22:28
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Litvadan İrəvana: Bakı üçün "Kalininqrad modeli"...

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla