Yuxarı

Türkmanların çağırışı Milli Məclisdə səsləndi - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu uşaqların valideynləri ya beyinləri yuyularaq, ya da maddi olaraq şirnikləndirilərək İŞİD terror təşkilatına dəstək üçün Suriyaya, oradan da İraqa gediblər. İraq dövlətinin terrorla mübarizəsi çərçivəsində öldürülüblər və uşaqları yetim qalıb. İraq dövləti onları yetimxanaya yerləşdirib və hər bir ölkə səfirliyinə məlumat verərək onların öz ölkələrinə aparılmasının vacibliyini bildiriblər.

Axar.az xəbər verir ki, bu barədə millət vəkili Qənirə Paşayeva bu gün Milli Məclisin iclasındakı çıxışında İraqa səfəri və Bağdad yetimxanasında azərbaycanlı uşaqlarla görüşü barədə danışarkən deyib. O bildirib ki, uşaqlar böyük acı içindədir:

“Onlarla danışanda insan çox üzülür. İnsanı dəhşətə gətirir ki, onların valideynlərinin beyinlərini din pərdəsi arxasında gizlənənlər o qədər yuya biliblər və ya o qədər şirnikləndirə biliblər ki, onlar kiçik yaşlı uşaqlarının da özləri ilə birlikdə həyatlarını heç düşünməyiblər və terrör təşkilatına dəstək olublar. İnsanlarımızı cihad adı ilə Suriyaya, İraqa terror təşkilatlarına dəstəyə aparanlara qarşı mübarizəmizi sərtləşdirməliyik”.

Millət vəkili qeyd edib ki, Azərbaycan və azərbaycanlılar üçün cihad Qarabağdır:

“Bizim cihad üçün Qarabağ boyda dərdimiz, acımız, işğal olunan torpaqlarımız var. O uşaqların heç bir günahı yoxdur və onlar valideynlərinin əməllərinə görə məsuliyyət daşımırlar. İnanıram ki, dövlətimiz onlara sahib duracaq, onları İraqdan Azərbaycana gətirəcək və doğru yolla böyümələri üçün addımlar atılacaq”.

Millət vəkili bir daha din pərdəsi arxasında gizlənərək uşaqlarımızın, gənclərimizin beynini yuyan terrorçulara qoşulmağa təhrik edənlərə qarşı cəmiyyət olaraq ciddi mübarizə aparmağın vacibliyini önə çəkib.

Q.Paşayeva həmçinin bildirib ki, İŞİD-çilərin ən cox zülm verdiyi insanlar arasında bizim soydaşlarımız - İraqda yaşayan türkmanlar var:

“İŞİD Təlafərdə bizim soydaşlarımıza qarşı dəhşətli acı yaşadıb. İnsanların əksəriyyəti öz evindən didərgin düşüb, Təlafər dağıdılıb. Terrorla mübarizə çərçivəsində Təlafər terror təşkilatlarından təmizləndikdən sonra insanlar öz evlərinə qayıtmağa başlayıblar, amma ciddi problemlərlə üzləşiblər. Biz İraqda onlarla da görüşdük və çox üzüldük. Təlafərdən köçkün düşmüş türkmanların ciddi dəstəyə ehtiyacları var və onlar türk dünyasından, türk dövlətlərindən dəstək gözləyirlər. Məktəb, tibb ocağı və sair kimi vacib obyektlərin tikintisi, ağır vəziyyətə düşmüş ailələrə dəstək üçün. Biz köçkünlüyün nə olduğunu çox yaxşı bilirik və onları da ən yaxşı biz anlayarıq. İnanıram ki, Azərbaycanın müvafiq qurumları, imkanlı iş adamları da bu məsələdə fəal olacaq və Təlafərdə soydaşlarımıza dəstək olacaq, məktəb, tibb ocağı, mədəniyyət mərkəzi və s. kimi vacib məsələlərin tikilərək Azərbaycan adına onlara hədiyyə edilməsinə çalışacaqlar. Mən onları buna çağırıram və türkman soydaşlarımızın bununla bağlı çağırışını da buradan səsləndirmək istəyirəm”.

Tarix
2018.02.01 / 23:30
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla