Yuxarı

“Mən Jirinovskiyə təşəkkür edə bilmərəm”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Rusiya Liberal-Demokrat Partiyasının sədri Vladimir Jirinovski Azərbaycan və şəxsən cənab Prezident İlham Əliyev haqqında müsbət fikirlər söyləyib. Hətta qonağı olduğu televiziya verilişinin aparıcısı bir neçə dəfə onua qaytarmağa cəhd etsə də, o təkidlə söhbəti Azərbaycanın son illərdəki inkişafı üzərinə qaytarıb. Ukrayna-Rusiya münasibətləri problemində isə dövlət başçımızın siyasətinin düşünülmüş olduğunu xüsusi vurğulayıb".

Axar.az xəbər verir ki, bu sözləri millət vəkili Aydın Mirzəzadə Rusiya Liberal Demokrat Partiyasının sədri, daim qalmaqallı açıqlamaları ilə diqqət mərkəzində olan Vladimir Jirinovskinin Azərbaycanla bağlı fikirlərinə öz Feysbuk profilində münasibət bildirərkən yazıb. Millət vəkilinin fikrincə, Azərbaycanı dünya siyasətçilərinin əksəriyyəti sistemli olaraq nümunə kimi göstərir:

"Azərbaycanla bağlı dünya siyasətçiləri zaman-zaman müsbət fikirlər söyləyirlər. Prezident İlham Əliyevin siyasəti daima təqdir edilir. Azərbaycanın müstəqil siyasəti tək Azərbaycana deyil, regiona və dünyaya da çox lazımdır.

Ancaq Jirinovskinin fikirləri xüsusi diqqət tələb edir.

Çünki o, bütün müstəqillik illərində Azərbaycana qarşı düşmən mövqedə olan Rusiya siyasətçisidir. Bir qayda olaraq ölkəmiz və cəmiyyətimiz haqqında siyasətçiyə yaraşmayan fikirlər bildirib, Dağlıq Qarabaş məsələsində Ermənistanı müdafiə edib.

İndi isə o, Azərbaycanın inkişafına, Prezident Əliyevin siyasətinə yüksək qiymət verir.

Çünki bunu artıq görməmək mümkün deyil. Azərbaycanın son iyirmi bir ildə Rusiya ilə münasibətlərində pozitiv dinamikanı inkar etmək absurd olardı. Rusiya və Azərbaycan bir-birinə sıx bağlı olan ölkələrdir. Rusiya dövlətimizi özünün yaxın dostlarından biri kimi görə bilib. Hər iki ölkə bir-birinin milli maraqlarına hörmətlə yanaşırlar və bu yaxşı nəticələr verir.

Bu gün Rusiya və Azərbaycan bir-birilərinə qarşlıqlı surətdə lazımdırlar.

Vladimir Jirinovski axır ki, bunu başa düşdü.

Mən ona təşəkkür edə bilmirəm, bir Azərbaycan oğlu kimi onun ölkəmizlə bağlı söylədiklərini unuda bilmirəm.

Ancaq nəzərə alıram ki, o da Azərbaycana real qiymət verdi".

Tarix
2014.07.25 / 12:52
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Müharibədən sonra neçə nəfər mina qurbanı olub?

Titusun Azərbaycana qərəzi: 44 rəqəmini seçdi... - Foto

Mülki əhali demək olar ki, hər gün təhlükə ilə üzləşir

4 kəndin qaytarılması bu istiqamətdə güclü addımdır

ABŞ-da Azərbaycan və Türkiyə səfirləri görüşdü

Buna görə müstəqil olmadıq, başqalarından asılı yaşadıq

COP29 Qafqazda sülh prosesinə kömək edə bilər - Qafarov

Yenə bizim olmayanları alaq, bizə hücum edilsin?

4 kəndin Azərbaycana qaytarılması... – Türkiyə səfiri

Sülhün imzalanmasına tezliklə nail olmaq üçün... - Peskov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla