Yuxarı

Ermənistan işğalçı tərəf kimi... - Avronestdə müzakirə

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Metsamor AES təkcə region üçün deyil, bütövlükdə Avropa üçün ciddi təhlükə mənbəyidir.

Axar.az xəbər verir ki, bu fikri Milli Məclisin gənclər və idman komitəsinin sədri, Avronest Parlament Assambleyasında (PA) Azərbaycan nümayəndə heyətinin rəhbəri Fuad Muradov bu qurumun siyasi məsələlər, insan hüquqları və demokratiya üzrə komitəsinin Tbilisidə keçirilən iclasında səsləndirib.

F.Muradov Avropa İttifaqının Gürcüstandakı nümayəndəliyinin departament rəhbəri Vinsent Reyə sualla müraciət edib və Metsamor AES-in bağlanması ilə bağlı Aİ-nin hansı alətlərdən istifadə edə biləcəyini soruşub. V.Rey Aİ-nin Ermənistandan Metsamor AES-in bağlanmasını tələb etdiyini, lakin Ermənistanın bu tələbi hələ də yerinə yetirmədiyini diqqətə çatdırıb.

Avronest PA-nın həmsədri Rebeka Harms da Metsamor AES-lə bağlı Azərbaycan nümayəndə heyətinin mövqeyini dəstəkləyib.

Azərbaycan nümayəndə heyəti, həmçinin Metsamor AES-lə bağlı məsələnin Avronest PA-nın xüsusi məruzəsinə daxil olunmasını təklif edib.

Tarix
2018.02.12 / 21:11
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla