Yuxarı

"Bunlar bizi İlham Əliyevə səs verməyə sövq edir" - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fevralın 14-də Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda bu il aprelin 11-də prezident seçkilərində tibb ictimaiyyətinin nümayəndələri tərəfindən Prezident İlham Əliyevin namizədliyinin dəstəklənməsinə həsr olunmuş toplantı keçirilib.

Axar.az xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Sudeyif İmamverdiyev Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qazanılan uğurlardan danışıb. O, Azərbaycanın dünyanın iqtisadi cəhətdən sürətlə inkişaf edən, mütərəqqi, sivil dəyərlərə malik ölkə olduğunu vurğulayaraq deyib: “Bütün sahələrdə ildən-ilə inkişaf edən Azərbaycanın hərbi qüdrəti də artır, ordumuz güclənir və bu, bizdə erməni işğalında olan torpaqlarımızın azad ediləcəyinə böyük inam yaradır. Xalqın rifahının və sosial vəziyyətinin yaxşılaşması, o cümlədən həkimlərə göstərilən qayğı və diqqətin getdikcə yüksəlməsi, eləcə də digər istiqamətlərdə qazanılan nailiyyətlər bizi növbəti seçkilərdə yenə də İlham Əliyevə səs verməyə sövq edir”.

Toplantının moderatoru Azərbaycan Tibb Universitetinin II uşaq xəstəlikləri kafedrasının professoru Surxay Musayev bildirib ki, Prezident İlham Əliyev hakimiyyətə gəldiyi gündən onun siyasətinin mərkəzində Azərbaycan vətəndaşlarının sağlamlığı dayanır. Əhalinin rifahının yaxşılaşdırılması, sosial problemlərin həlli, insanların müasir səhiyyə xidmətləri ilə təmin olunması istiqamətində ardıcıl addımlar atılıb. Son 15 ildə ölkədə səhiyyə islahatları uğurla reallaşdırılıb. Bu gün təkcə paytaxtda deyil, bölgələrdəki tibb müəssisələri də ən müasir avadanlıqla təchiz olunub. Müalicə-diaqnostika mərkəzləri, xəstəxanalar tikilib, mövcud səhiyyə ocaqları əsaslı surətdə yenidən qurulub, bölgə sakinləri birbaşa yerlərdə müalicə olunmaq imkanı qazanıblar.

Ölkədə səhiyyə islahatlarının uğurla reallaşdığını bildirən Mərkəzi Klinik Xəstəxananın baş həkimi, Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri, tanınmış kardiocərrah Kamran Musayev əhalinin sağlamlığının qorunmasında və tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılmasında səhiyyənin prioritet sahələri üzrə qəbul olunan dövlət proqramlarının mühüm rol oynadığını vurğulayaraq deyib: “Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədəki tibb ocaqlarında xidmətin keyfiyyəti yaxşılaşdırılıb. Aztəminatlı və ağır xəstəliklərdən əziyyət çəkən insanlar pulsuz dərmanlarla təmin olunması və müalicəyə cəlb edilməsi ölkə siyasətinin əsas istiqamətlərindən biridir. Son illər səhiyyə sahəsində yaşanan ən böyük inqilabi dəyişiklik isə bu sektorun dünyanın müasir tibbi texnika və avadanlıqları ilə təmin olunmasıdır. Müasir Azərbaycanı modern texnologiyaların tətbiq olunduğu məkana çevirmək məqsədini qarşıya qoyan Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkəmizdə yenidən qurulan səhiyyə müəssisələri regionda ilk dəfə açıq ürək əməliyyatı və qara ciyərin köçürülməsi kimi mühüm nailiyyətlərə imza atıb. Bu illər ərzində regionlarda onlarla tibb ocağının, müalicə-diaqnostika mərkəzinin inşası səhiyyə sisteminin inkişafından xəbər verir. Mən bir kardiocərrah kimi xüsusilə vurğulamaq istərdim ki, hazırda istər paytaxt Bakıda, istərsə də bölgələrdə ən yüksək avadanlıqlarla təchiz edilmiş tibb mərkəzlərində ürək əməliyyatlarının aparılması adi hala çevrilib. Elə mənim çalışdığım Mərkəzi Klinik Xəstəxana 2001-ci ildə ulu öndər Heydər Əliyevin iştirakı ilə açılıb. Bu klinikada xəstəliklərin müalicəsində tibbin ən son yenilikləri tətbiq edilir”.

Digər çıxış edənlər səhiyyəmizin son illər beynəlxalq aləmdə nüfuzunun yüksəldiyini bildiriblər. Qeyd olunub ki, bu gün Azərbaycan tibb sahəsi müxtəlif səviyyəli saziş və protokollar əsasında dünyanın bir sıra ölkələri ilə məhsuldar əməkdaşlıq edir. Bütün bunlar Azərbaycanda səhiyyə sahəsində qazanılan uğurların yalnız bir hissəsidir.

Sonra Azərbaycan tibb ictimaiyyətinin bəyanatı səsləndirilib. Bəyanat toplantıda iştirak edən təşkilatların nümayəndələri tərəfindən imzalanıb.

Bəyanatda vurğulanır ki, Azərbaycan səhiyyə işçiləri ulu öndər Heydər Əliyevin layiqli davamçısı İlham Əliyevin namizədliyini bu seçkilərdə də dəstəkləyəcəklər. Bildirilir ki, onun rəhbərliyi ilə Azərbaycan Respublikası qarşıdakı illərdə daha böyük nailiyyətlərə imza atacaq, müstəqil dövlətimizin beynəlxalq aləmdə nüfuzu daha da artacaq.

Tarix
2018.02.14 / 19:06
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla