Yuxarı

Türkiyədə Heydər Əliyevə sui-qəsd cinayəti barədə qərar verildi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə yüksək məhkəmə instansiyası - Yarğıtay 9-cu Cəza Dairəsi Azərbaycanın mərhum eks-prezidenti Heydər Əliyevə qarşı 21 il əvvəl təşkil edilmiş sui-qəsdlə bağlı cinayət işinə xitam verib.

Qərara əsasən İstanbul Bakırköy 5-ci Ağır Cəza Məhkəməsinin bu sui-qəsdi həyata keçirməyə cəhd edən Hasan Tokunun 15 il həbs cəzasına məhkum edilməsinə dair çıxardığı qərarı ləğv edib.

Məhkəmə bildirib ki, Həsən Toku bu sui-qəsd cəhdinə görə Azərbaycanda cəzasını çəkib və onun yenidən mühakimə edilməsi üçün zəruri şərtlər yoxdur.

Qeyd edək ki, Türkiyənin Erzrum Universitetinin tələbəsi olan Hasan Toku Naxçıvan Universitetinin tələbəsi olan Aydın Qasımovla əlbir olaraq siyasi motivlərlə Heydər Əliyevi öldürməyi planlaşdırıb. Hasan Toku və 3 Azərbaycan vətəndaşı 1993-cü il, sentyabrın 30-da axşam saatlarında AzTV-nin qarajının qarşısında Heydər Əliyevi gözləyərkən polis tərəfindən yaxalanıblar. Azərbaycan məhkəməsi Hasan Tokunu 10 il həbsə məhkum edib. 8 il yarım həbs cəzası çəkdikdən sonra Heydər Əliyev onu əfv edib və H.Toku Türkiyəyə ekstradisiya olunub.

2002-ci ilin martında Türkiyəyə gedən H.Toku İstanbul aeroportunda yenidən həbs olunub. Onun barəsində "xarici ölkə başçısını öldürməyə cəhd" ittihamı ilə yeni cinayət işi qaldırılıb. Məhkəmə istintaqı dövründə o, azadlığa buraxılıb, 2009-cu ildə isə ömürlük həbs cəzasına məhkum edilib. Bu qərardan verilən şikayət əsasında 2012-ci ildə yüksək məhkəmə onun cəzasını 15 ilə endirib.

H.Toku bu qərardan Yarğıtaya şikayət verib və yüksək məhkəmə onun yenidən mühakimə edilməsinə ehtiyac olmadığını əsas gətirərək cəzanı ləğv edib.

Virtualaz.org

Tarix
2014.07.28 / 15:06
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kilsə Paşinyanı devirə biləcəkmi? – Şərh

Babayev və Overçuk COP29-a hazırlığı müzakirə etdi

Almatı görüşündən nələr gözlənilir? - Markedonov

Rus hərbi texnikaları Xocalıdan çıxdı - Video

Təcili: Qarabağ erməniləri yürüşə silahla qoşulur – Şok video

İlham Əliyev Qələbə paradında iştirak edəcək? - Uşakov

ABŞ və İrəvan arasında ilk illik qərargah danışıqları oldu

Bayramov ATƏT sədri ilə telefon danışığı apardı

Bakı-Ankara hərbi əməkdaşlığı genişləndirir - Video

Robert Fitso Azərbaycana gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla