Yuxarı

Türkiyədən Gürcüstana şad xəbər: Kvota ləğv edildi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Gürcüstan məhsullarına tətbiq etdiyi kvotanı ləğv edib. Bu da gürcü istehsalçıların Türkiyəyə ixrac etdikləri məhsulların həcmini təqribən 20 faiz artıracaq.

Axar.az xəbər verir ki, bu barədə razılıq bu gün Ankarada, Gürcüstan Baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Dmitri Kumsişvili ilə Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybəkçi arasında keçirilən görüşdə əldə olunub.

Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyindən bildiriblər ki, görüşdə Türkiyə ilə Gürcüstan arasında azad ticarət haqqında müqaviləyə yenidən baxılıb, ticarət dövriyyəsinin artırılması məsələləri müzakirə olunub. Türkiyə tərəfi Gürcüstanın sitrus meyvələrinə, üzüm, quru meyvələr, meyvə-tərəvəz konservlərinə və şirələrinə qoyduğu kvotanı ləğv etdiyini bildirib.

Qeyd olunub ki, bu gün Türkiyə Gürcüstanın ən böyük ticarət tərəfdaşıdır və 2017-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 1,5 milyard dollar təşkil edib.

Tarix
2018.02.21 / 21:37
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Türkiyə İsraillə ticarəti kəsdi: milyardlardan imtina etdi

Kupman Bakıda: Hacıyevlə görüşdü - Foto

Bakı Forumunun yekununda Bəyannamə qəbul edildi

NATO tankları Moskvanın mərkəzində - Foto

Bayramov Quterreşin müşaviri ilə COP29-u müzakirə etdi

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

Prezident pravoslav xristian icmasını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla