Yuxarı

Amsterdamda Xocalı rekviyemi başladı - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Amsterdamda Azərbaycanın ən böyük diaspor təşkilatlarından olan Avropa Azərbaycanlıları Konqresinin (növbədənkənar) VI Qurultayı və Xocalı soyqırımının 26-cı ildönümünə həsr edilmiş mərasimlərə start verilib.

Axar.az xəbər verir ki, hazırda Amsterdam şəhərində “De Rode Hoed (The Red Hat)” Mərkəzində simfonik orkestrın iştirakı ilə Xocalı soyqırımının 26-cı ildönümünə həsr edilmiş rekviyem davam edir.

Axşam saatlarında baş tutan prorqam Azərbaycan Respublikasının dövlət himninin oxunması ilə başlanıb. Daha sonra Heydər Əliyev Fondunun “Xocalıya Ədalət” Beynəlxalq Məlumatlandırma Kampaniyası çərçivəsində hazırlanmış qısa filmin təqdimatı keçirilib. Tədbirdə həmçinin Vyana Konservatoriyasının tələbəsi Onidia Danger də Azərbaycanla bağlı öz fikirlərini bölüşüb.

Anım tədbiri Azərbaycan və dünya klassikasına aid olan həzin musiqi ifalarının müşayiəti ilə keçirilir.

Qeyd edək ki, təbdirdə Azərbaycan Prezidentinin köməkçisi Əli Həsənov, Disporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, xalq şairi Sabir Rüstəmxanlı, Azəri-türk Qadınlar Birliyinin rəhbəri Tənzilə Rüstəmxanlı, Avropa Azərbaycanlıları Konqresinin sədri Sahil Qasımov, AAK-ın vitse-prezidenti, iş adamı Füzuli Məmmədov, o cümlədən, ölkənin aparıcı media qurumları - “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu, “Teleqraf” Media Qrupunun rəhbəri Aynur Camalqızı, APA Holdinqin prezidenti Vüsalə Mahirqızı, Report İnformasiya agentliyinin baş redaktoru Murad Əliyev, "Haqqin.az" və "Virtualaz.org" saytlarının rəhbəri Eynulla Fətullayev və s. iştirak edir.

Sabah isə qurultayın açılışı olacaq. Əvvəlcə, Avropa Azərbaycanlıları Konqresinin İdarə Heyətinin hesabatı dinləniləcək. Mandat komissiyasının məlumatından sonra Avropa Azərbaycanlıları Konqresinin rəhbər orqanlarının yeni tərkibi formalaşdırılacaq.

Panel müzakirələrində Azərbaycan Respublikası Prezidentinin "2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında" Sərəncamına uyğun olaraq Avropa ölkələrində Azərbaycan Xalq Cümhuriyyətinin yüz illiyinin qeyd edilməsi ilə əlaqədar Avropa Azərbaycanlıları Konqresinin Tədbirlər Planı layihəsinin müzakirəsi keçiriləcək.

İkinci paneldə "1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq Avropa ölkələrində 1918-ci il 31 mart azərbaycanlıların soyqırımının yüzilliyinin qeyd edilməsi ilə əlaqədar Avropa Azərbaycanlıları Konqresinin Tədbirlər Planı layihəsi müzakirəyə çıxarılacaq.

"Azərbaycan diaporu və Azərbaycan mediası: əməkdaşlıq səviyyəsi, problemlər və onların həlli yolları" (KİV və diapor təşkilatları rəhbərlərinin iştirakı ilə) adı ilə keçiriləcək digər panel jurnalist Azər Həsrətin moderatorluğu ilə baş tutacaq.

Daha sonra Avropa Azərbaycanlıları Konqresinin Nizamnaməsinə əlavə və dəyişikliklər, Аvropa Azərbaycanlıları Konqresinin 2018-2021-ci illər üçün fəaliyyət proqramı qəbul ediləcək.

Qurultay həmçinin Xocalı soyqırımı ilə bağlı bəyanat verəcək, “Metsamor” Atom Elektrik Stansiyası ilə əlaqədar beynəlxalq təşkilatlara müraciət edəcək.

Tarix
2018.02.26 / 23:53
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Sahibzadə Sultan Əhməd Əlini qəbul etdi

Nikolun “modeli”ni bəyanatda kim tapsa, 500 dollar verəcəm

Xoyskinin Rəsulzadəyə məktubu: Bu ərazini ermənilərə vermək...

Təbrizin qızıl bazarında satıcılar tətilə başladı - Foto

Bakıda 12 nəfərin ölümü ilə nəticələnən terakt - Foto

Paşinyan: Orda sərhədçi dursa, 8-ci gün…

Ermənistan arxivindən şok sənəd: Başkənd kimin ərazisidir? - Foto

Azərbaycan bu ölkəyə əlavə enerji resursları göndərə bilər

Türkiyə NATO qərarını verdi: Onu dəstəkləyəcək!

Astananın Bayramov-Mirzoyan görüşü haqda bəyanatı…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla