Yuxarı

ABŞ cəbhədəki vəziyyət ilə bağlı bəyanat verdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ cəbhədəki vəziyyət ilə bağlı bəyanat verdi

ABŞ rəhbərliyi Azərbaycan-Ermənistan arasındakı cəbhə xəttində gərginliyin artması ilə bağlı bəyanat verib.

Axar.az xəbər verir ki, ABŞ Dövlət Katibliyinin sözçüsü Marie Harf sərhəd xəttində şiddətin artmasından narahat olduqlarını deyib.

Harfın yayımladığı bəyanatda bildirilir:

"ABŞ (Azərbaycan-Ermənistan) cəbhə xəttində 31 iyuldan 1 avqusta keçən gecə əhəmiyyətli itkilərə səbəb olan gərginlikdən narahatdır. Həyatını itirənlər və yaralananların ailələrinə başsağlığı diləyir və tərəfləri gərginliyi azaltmaq istiqamətində təcili addımlar atmağa, atəşkəsə hörmət göstərməyə çağırırıq".

İxtilafın heç bir hərbi həllinin ola bilməyəcəyini deyən Harf şiddətin artacağı halda sülhün qeyri-mümkün olacağını vurğulayıb.

Harf ABŞ-ın Ermənistan və Azərbaycan prezidentlərini yenidən dialoqa başlamağa dəvət edib, ilk fürsətdəcə görüşün keçirilməsinin zəruriliyi bildirilib.

Tərəflər həmçinin ATƏT-in sülh razılaşması çağırışını qəbul etməyə dəvət edilib. Harf Minsk Qrupu vasitəsilə prosesdə iştiraklarının olduğunu və daimi həll yolunun təmin edilməsi istiqamətində səy göstərməyə hazır olduqlarını söyləyib.

Qeyd edək ki, iyulun 31-dən avqustun 1-ə keçən gecə Azərbaycan ordusunun 11 əsgəri şəhid olmuşdu. Avqustun 2-ə keçən gecə isə 4 əsgər şəhid olub, 5-i yaralanıb. Yaralananlardan birinin də dünyasını dəyişdiyi deyilir. Xəbər rəsmən təsdiqlənmir.

Tarix
2014.08.02 / 12:25
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

İranın casus şəbəkəsinin rəhbəri Azərbaycan vətəndaşı imiş

Meloninin səfərinə hazırlıq: Əmirbəyov Çirielli ilə görüşdü

Erməni general yenə Hindistandadır

Türkiyə və Ermənistan nümayəndələri Qarsda görüşdülər

Azərbaycan və Monteneqro siyasi məsləhətləşmələr keçirdi

Zelenski İrəvana gəlir - Kreml hərəkətə keçdi

Bayramov BƏƏ-nin dövlət naziri ilə görüşdü

Rusiyadakı səfirimiz Qaluzinlə görüşdü

Zəngəzurun əks olunduğu bu yöndəmsiz nişan…

Türkiyə F-16-ları Azərbaycanda - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla