Yuxarı

Ermənilər orta məktəbi gülləbaran etdi – Foto/Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənilər orta məktəbi gülləbaran etdi – Foto/Video

Erməni silahlı qüvvələri iki gündür ki, Qazaxın digər kəndləri kimi Məzəm kəndini də gülləbaran edir.

Axar.az-ın cəbhə bölgəsinə ezam olunan əməkdaşının verdiyi xəbərə görə, kəndin üç gündür iri çaplı pulemyotlardan atəşə tutulması nəticəsində çox sayda ev, o cümlədən kənddə yeni təmir olunan məktəb binası zədələnib.

Atəş nəticəsində məktəbin divarlarında ağır çaplı güllələrin açdığı dəliklər aydın şəkildə görünür. Kənd sakinləri xoşbəxtlikdən tədris ilinin bitdiyini, məktəblilərin tətildə olduğunu deyir.

Kənd sakini Ceyhun Əliyev əməkdaşımıza bildirdi ki, orta məktəbdə bir sıra abadlıq işləri aparıldığından atəş zamanı işçilər hadisə yerində olub:

"Atəş gözləmədiyimiz anda başladı. Məktəbin divarları dəlmə-deşik oldu. Bu məktəb erməni postunun düz qabağında yerləşir. Xoşbəxtlikdən məktəblilər tətildədir. Yoxsa daha pis ola bilərdi. İndi bilmirik ki, yeni tədris ili başlayanda necə olacaq".

Kənd sakini Süleyman kişi isə bildirdi ki, kənddə çətinliklər var:

"Hazırda kənddə çörək qıtlığı yaranıb, telefon işləmir".

Qeyd edək ki, əməkdaşlarımızın Məzəm kəndində olduğu vaxtda atışma səsləri eşidilmədi.

Bakı-Qazax

Tarix
2014.08.04 / 09:00
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

İrəvandan Bakıya müsbət siqnallar: Referenduma gediləcəkmi?

Bu gün Azərbaycan Hərbi Donanması Günüdür

Azərbaycana qardaş ölkə “rəqiblə” dost olur - Səbəb

Bu ölkə Azərbaycanda səfirlik açır - Tarix

Bayramovdan TRİPP layihəsi ilə bağlı mühüm açıqlama

SOCAR-ın YDM-lərindən istifadə edirəm – ATƏT sədri

ATƏT məkanında qeyri-sabit vəziyyət hökm sürür...

İranla əlaqəli şəbəkələr onlardan Bakıya qarşı istifadə edir

Bayramov ATƏT sədri ilə görüşdü

Bakı dərhal hərəkətə keçdi, İsrail prosesi dayandırdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla