Yuxarı

Trofimçuk: “Soçi görüşü Moskva üçün sonuncu testdir”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Trofimçuk: “Soçi görüşü Moskva üçün sonuncu testdir”

"Danışıqlar xətrinə danışıqlar prinsipindən çıxmaq üçün praktik qərarlar lazımdır".

Bu sözləri Axar.az-a rusiyalı politoloq Qriqori Trofimçuk Azərbaycan və Ermənistan prezidentlərinin Soçidə keçirələcək görüşünün nəticələrini şərh edərkən deyib.

O, Qarabağın həll edilməsinin Rusiya üçün fəlakət doğuracağını bildirib:

"Qarabağ konfliktinin daxilində eskalasiya münaqişənin yenidən partlayacağı təqdirdə Moskvanın hansı mövqe tutacağı ilə bağlı fikrinin öyrənilməsi baxımından sonuncu testdir. Bu suala cavab Bakıya olduğu kimi Vaşinqtona da çox maraqlıdır. İrəvan bu suala cavabda o qədər də maraqlı deyil. Çünki bilir ki, Rusiya istənilən halda onu müdafiə edəcək. Ona görə də Əliyev və Sərkisyanın Soçidə Rusiya prezidenti ilə keçiriləcək görüşündən çox şey asılıdır. Rusiya bu dəfə formal çağırış olan "konflikt danışıqlar yolu ilə həll edilməlidir" fikri ilə bağlı heç bir üstünlüyə sahib deyil. Belə fikir yaranır ki, 1994-cü il sanki dünən baş verib. Danışıqlar xətrinə danışıqlar prinsipindən çıxmaq üçün praktik qərarlar lazımdır. Məsələn, bunlardan biri rayonların reytinqini hazırlamaqdır. Bunun əsasında müəyyən etmək olacaq ki, hansı rayonlar artıq Bakının nəzarəti altına keçməyə hazırdır. Məsələ belə qoyulmalıdır: a) təxminən eyni şeyi təklif edən ABŞ-ın əlindən təşəbbüsü almaq; b) gələcək illər üçün keçid situasiya hazırlamaq və iki əsas iştirakçı ölkənin bu müddət ərzində regionun təhlükəsizliyini təmin etmək üçün özlərinin hazırlığı.

Əks təqdirdə heç bir konkret həll olmadan Qarabağ Ukrayna və Dnestryanıya əlavə olaraq Rusiyanın altında ikinci ocağın yaranmasına səbəb olacaq. Bundan sonra isə üçüncü ocaq alovlancaq ki, bu da Mərkəzi Asiyada yaranacaq".

Tarix
2014.08.05 / 20:30
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Szinpin İlham Əliyevi təbrik etdi

Bakı bununla bağlı İrəvana xəbərdarlıq edib - Mirzoyan

Prezident Şahbaz Şərifi təbrik etdi

Paşinyan: Qarabağdan niyə qaçdınız? - Video

İrandan Azərbaycana təxliyə olunanların sayı...

Azərbaycan nümayəndə heyəti Tiflisə yollandı

İran təsəvvürləri alt-üst etdi: 4 min km uçan raket...

ABŞ İran neftinə sanksiyanı bir aylıq qaldırdı - Hansı məntiqlə?

İran müharibəsi: Azərbaycan “əsas dəhlizə” çevrilir...

Şovinist Rza Pəhləvinin olmayan “Ölümsüzlər” ordusu...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla