Yuxarı

Seçki bülletenlərinin çapına başlanıldı - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda Prezident seçkiləri ilə bağlı seçki bülletenlərinin çapına başlanılıb.

Axar.az xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov məlumat verib. O bildirib ki, ümumilikdə, 5 milyon 347 min 803 seçki bülleteninin hazırlanması nəzərdə tutulub.

Bülletenlər Milli Məclisin mətbəəsində çap edilir.

MSK-nın təsdiqlədiyi Azərbaycan Prezidenti seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, bülletenlərin çapı səsvermə gününə ən azı 10 gün qalmış, yəni aprelin 1-dək başa çatdırılmalıdır.

MSK səsvermə gününə azı 5 gün qalmış, yəni aprelin 6-dək seçki bülletenlərini dairə seçki komissiyalarına verməlidir. Səsvermə gününə azı 3 gün qalmış, yəni aprelin 8-dək dairə seçki komissiyaları seçki bülletenlərini məntəqə seçki komissiyalarına paylamalıdırlar.

Qeyd edək ki, Azərbaycanda prezident seçkiləri aprelin 11-nə təyin edilib. Ölkədə 5 milyon 309 min 434 seçici var. Seçki Məcəlləsinə əsasən, seçki bülletenlərinin sayı seçicilərin sayından 3 faiz artıq olmalıdır.

Tarix
2018.03.24 / 12:17
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Paşinyan Putinə yardım edir - Avropa mediası

Ermənilərin türklərə qarşı soyqırımı... – Yeni xəritə

Azərbaycan nefti və qazı Avropaya uzun illər lazım olacaq

Sülhməramlılar Laçından Ermənistana keçdi - Video

İranlı nazir Azərbaycana gəlir

İlham Əliyev Datuk Mutanq Taqalı qəbul etdi

İki deputatımızın rüsvayçı açıqlaması: Nikol sevinir - Video

Prezident Yan Vanmini qəbul etdi

Ermənistan ordusu iyuna qədər... - Araik hansı sirləri açıb?

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla