Yuxarı

Tarixdən bu günə "Çankaya" köşkünün xanımları - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tarixdən bu günə "Çankaya" köşkünün xanımları - Foto

Ötən gün keçirilən prezident seçkisindən sonra Türkiyədə prezidentlə yanaşı bu ölkənin birinci xanımı da dəyişiləcək.

ANS PRESS-in xəbərinə görə, 1923-cü ildə Türkiyə Cümhuriyyətinin qurulması ilə bu ölkədə 11 prezident və buna paralel olaraq 11 birinci xanım olub.

Bu prezidentlərdən kimi parlamentdə keçirilən səsvermə ilə, kimi də hərbi dövlət çevrilişi ilə Türkiyəyə rəhbərlik edib.

Ötən gün isə Türkiyədə ilk dəfə ümumxalq səsverməsi ilə prezident seçkisi olub. Bu seçkinin nəticəsinə görə, baş nazir Rəcəb Tayyib Ərdoğan Türkiyənin 12-ci, həmçinin xalq səsverməsi ilə seçilən ilk prezident olacaq.

Onun həyat yoldaşı Əminə Ərdoğan isə Türkiyə respublikasının 12-ci "first lady" olacaq.

Türkiyə cümhuriyyətinin qurucusu və ilk prezidenti Mustafa Kamal Atatürkün həyat yoldaşı və ilk "first lady"si Lətifə xanım.

2-ci prezident İsmət İnönünün həyat yoldaşı və birinci xanım Mevhibə İnönü.

3-cü prezident Cəlal Bayarın həyat yoldaşı və birinci xanım Rəşidə Bayar.

4-cü prezident Camal Gürselin həyat yoldaşı və birinci xanım Məlahət Gürsel.

5-ci prezident Cövdət Sunayın həyat yoldaşı və birinci xanım Atıfet Sunay.

6-cı prezident Fəxri Korutürkün həyat yoldaşı və birinci xanım Əməl Korutürk.

7-ci prezident Kənan Evrenin Həyat yoldaşı və birinci xanım Səkinə Evren.

8-ci prezident Turqut Özalın həyat yoldaşı və birinci xanım Semra Özal.

9-cu prezident Süleyman Dəmirəlin həyat yoldaşı və birinci xanım Nəzmiyyə Dəmirəl.

10-cu prezident Əhməd Necdət Sezerin həyat yoldaşı və birinci xanım Semra Sezer.

11-ci prezident Abdullah Gülün həyat yoldaşı və birinci xanım Hayrunnisa Gül.

12-ci prezident Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı və yeni birinci xanım Əminə Ərdoğan.

Tarix
2014.08.11 / 09:48
Müəllif
Axar.az
Digər xəbərlər

Kolumbiyaya getmək istəyən azərbaycanlılara xoş xəbər

Azərbaycanla bu ölkə arasında viza rejimi sadələşdirilir

Bayramov Arakçı ilə görüşdü: Nələr müzakirə edildi?

Bayramov Hindistan-Pakistan münasibətlərindən danışdı

XİN rəhbəri cibutili həmkarı ilə görüşdü

Tramp İlham Əliyevdən sitat gətirdi

Azərbaycan bu qondarma seçkiləri tanımır - XİN

Ermənistan xarici kəşfiyyatının rəhbəri Bakıdadır

Kərim Vəliyev Kılınçla birgə təlimi müzakirə etdi

Bu yatağın qiyməti də, dəyəri də qalxacaq - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla