Yuxarı

Trofimçuk: “Soçi görüşü Bakının əl-qolunu açdı”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Trofimçuk: “Soçi görüşü Bakının əl-qolunu açdı”

"Əvvəlki onlarla üçlü formatdakı görüşlərə baxanda bu tip açıqlıq xarakterik deyildi".

Bu sözləri Axar.az-a rusiyalı politoloq Qriqori Trofimçuk Soçi görüşünün nəticələrini şərh edərkən söyləyib.

O, Bakının Qarabağ konfliktinin həllində əllərinin tamamən açıldığını bildirib:

"Mən Axar.az-a bundan öncəki intervümda da proqnoz vermişdim ki, Soçi görüşü çox təəssüf ki, Qarabağ konfliktinin həllində inkşaf nöqtəsi olmayacaq. O əvvəlki görüşlərə daha çox bənzəyirdi. Nəzərə alınmalıydı ki, Qarabağın astanasında artıq yeni müharibə dayanır. Məhz bu görüşün ərəfəsində kifayət qədər çox insan öldürülmüşdü. Azərbaycan və Ermənistan prezidentlərinin çıxışı da müəyyən qədər tanış idi. Əliyev bir şeyə diqqət çəkdi ki, problemi "sülh yolu" ilə həll etmək istəyir (başqa sözlə desək, əgər bu gün sülhlə həll olunmasa, sabah müharibə ilə həll ediləcək – Q.Trofimçuk). Serj Sərkisyan açıq bəyan etdi ki, konfliktdə eskalasiyanı azərbaycanlılar edib. Əvvəlki onlarla üçlü formatdakı görüşlərə baxanda bu tip açıqlıq indiki prosesə xarakterik deyildi. Görüşün nəticələrinə uyğun olaraq bunu demək olar ki, hazırda Bakının əlləri sözün bütün mənalarına uyğun olaraq açılıb. Ona görə də problemin sülh yolu ilə həllini birbaşa Soçidə danışıqlar zamanı edilən təklifləri məqsədyönlü şəkildə, praktiki detallarına qədər dəqiqləşdirmək lazım idi. Görünür bu, Rusiyanın Qarabağ probleminə təsir etmək üçün son şansı idi. Hətta Azərbaycan Prezidentinin özü də açıq şəkildə bu şansı ona verdi. Prezident Putin Soçi görüşünün təşəbbüskarı olaraq ondan asılı olan hər bir şeyi etdi ki, Rusiyanın yaxınlığında yaranacaq ikinci müharibənin qarşısını alsın. Amma bu dəfə daha çox şey tələb olunurdu. Belə ssenarinin qarşısının alınması üçün tələb olunan zəmanətin verilməsi qeyri-mümkün idi".

Tarix
2014.08.11 / 13:19
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Bakıdan ABŞ-ın Naxçıvanla bağlı bəyanatına reaksiya

Qalibafdan xəbərdarlıq: Ölkələr sülhdən zövq almayacaqlar!

İlham Əliyevdən 8 Martla bağlı paylaşım - Foto

Dövlət Departamentindən bəyanat: Naxçıvana hücum...

Orban da Əliyevə zəng etdi: Hər bir dəstəyə hazırıq!

Bayramov Ərdoğanla müzakirə olunan mövzuları açıqladı

TDT Naxçıvana hücumla bağlı bəyanat yaydı

Ərdoğan TDT-nin XİN başçılarını qəbul etdi

Efiopiyanın baş naziri İlham Əliyevə zəng etdi

Türkiyə Azərbaycanla bağlı xəbərdarlıq etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla