Yuxarı

Ermənilər qarabağlılara qarşı açıq savaşa çıxdı – Şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Ermənistan qaynayan qazana bənzəyir. Sabah bu qazan partlayış səviyyəsinə gəlib çıxacaq.

Bu sözləri Axar.az-a aşıqlamasında politoloq Qabil Hüseynli İrəvanda bir neçə gündür davam edən aksiyalara münasibət bildirərkən deyib. O bildirib ki, uzun müddətdir, Ermənistanda hakimiyyət başında Qarabağ klanı əvvəlcə Köçəryanın, daha sonra isə Sərkisyanın timsalında hökmranlıq edir:

“Bu müddət ərzində demək olar ki, Qarabağ klanı təkcə siyasi hakimiyyəti deyil, eyni zamanda iqtisadi strukturların hamısını zəbt edib. Yerli ermənilər demək olar ki, çox aciz və kasıb vəziyyətdədir. Bu yerli ermənilərin heysiyyətinə həddindən artıq toxunur. Cəbhədə tez-tez baş verən əsgərlər arasındakı toqquşmalar daha çox Ermənistandan gəlmiş əsgərlərlə sayları az olan yerli Dağlıq Qarabağ erməniləri arasında baş verir”.

Politoloq vurğulayıb ki, yerli əhali Sərkisyanın baş nazir olmasını istəmir:

“Sərkisyan saxta bir referendum keçirərək, ölkənin idarəetmə sistemini dəyişdi. Bununla da ölkədə prezidentin səlahiyyətləri artıq sırf simvolik xarakter daşıyır. Ermənilər həm Sərkisyanı, həm də onun təmsil etdiyi Qarabağ klanını qətiyyən qəbul etmək istəmirlər. Onlar Dağlıq Qarabağ məsələsinin onların milli məsələsi olmadığını açıq şəkildə bildirirlər. Ermənistan ərazisində hələ ki, tələbələrin mitinqləri keçirilir. Artıq bir neçə gündür ki, bütün ali məktəblərdə, demək olar ki, dərs sistemi pozulub. Tələbələr çox mütəşəkkil surətdə Vətəndaş Müqaviləsi Hərəkatı Partiyasının rəhbərliyi altında mitinqləri davam etdirirlər. Digər müxalifət partiyaları da mitinqçilərə mənəvi dəstək verir. Onlar mitinqlərin daha gur və Sərkisyanın seçilməsinə qarşı güc qoya biləcək səviyyəyə çatdırmaq üçün əllərindən gələni edəcəklər. Əsas qarşıdurma aprel ayının 17-də baş tutacaq. Güman edirəm ki, bu zaman bütün müxalifət proseslərə qoşulacaq”.

Politoloq qeyd edib ki, Sərkisyanın hakimiyyətə gəlişinin ciddi münaqişələrlə müşayiət olunacağını istisna etmir:

“Xatırlayırsınızsa, 10 il əvvəl martın 1-də Sərkisyan prezidentliyə gələndə də ölkədə ciddi qırğınlara yol vermişdi. İndi də onun baş nazir olacağı dövrdə Ermənistanda ciddi vətəndaş qarşıdurmasının olacağı istisna deyil. Bu dəfə tökülən qan artıq Sərkisyan üçün bağışlanmayacaq və çox ciddi nəticələrlə müşayiət olunacaq”.

Qeyd edək ki, İrəvanda bir neçə gündür davam edən aksiya gərgin müstəviyə keçib. Etiraz aksiyalarının əsas təşəbbüskarı Vətəndaş Müqaviləsi Hərəkatı Partiyasının lideri Nikol Paşinyandır.

Tarix
2018.04.16 / 14:57
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

Prezident BƏƏ naziri ilə görüşdü

Əliyev Berbokla görüşdü

Azərbaycanla Ermənistan arasında müharibə... - Pakayin

Media məkanımızı bundan qorumalıyıq - Prezident

Həmvətənlərimiz Prezidenti belə qarşıladı - Video

Sülhə doğru əlavə addımlar atırıq - Prezident

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

COP29 qarşıdurma arenası olmayacaq - İlham Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla