Yuxarı

Qarabağda savaş istisna edilmir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycana qarşı ikili mövqe nümayiş etdirilir.

ANS TV-nin məlumatına görə, qlobal sülh indeksi tərtib edən Beynəlxalq İqtisadiyyat və Sülh İnstitutunun məruzəsində Ermənistan Cənubi Qafqazın ən sülhsevər ölkəsi sayılıb. İşğalçı Ermənistan! Görünür ki, bu məruzəni tərtib edən ekspertlərin Dağlıq Qarabağ münaqişəsindən ya xəbəri yoxdur və ya sadəcə bu müharibənin ilkin səbəblərini unutdurmağa çalışırlar.

Azərbaycanın 20 faiz torpağını müharibə yolu ilə işğal edən, Xocalıda insanlıq əleyhinə cinayətə imza atmış, hələ də təxribat törədərək dinc sakinlərə güllə atmaqdan çəkinməyən ermənilər sülhsevər kimi təqdim edilib.

Daha bir ekspert Tomas de Vaal Azərbaycanı əzələ nümayiş etdirməkdə və daha çox müharibə bəyanatları ilə çıxış etməkdə ittiham edir. Bu kəslər unudur ki, Azərbaycan torpaqlarının işğal faktı ilə heç vaxt razılaşmayacaq, təbii ki, 20 ildən artıq müddətdə sülh danışıqlarının nəticə vermədiyi təqdirdə Qarabağ müharibəsinin ikinci mərhələsinin başlanması da istisna edilmir. Bu məsələdə böyük dövlətlər, eləcə də beynəlxalq təşkilatlar Azərbaycana qarşı ikili mövqe nümayiş etdirir.

Münaqişənin həlli ilə bağlı BMT-nin qətnamələri, Azərbaycana gəldikdə, icra olunmur. ABŞ Dövlət Departamenti erməni girov Karen Petrosyanla bağlı bəyanat verir, narahatlıq ifadə edir, lakin Ermənistan ordusunun öldürdüyü girov Həsən Həsənov və digər iki kəlbəcəli ilə bağlı susur.

Krım yarımadasını istila edən Rusiyaya qarşı sankisiyalar tətbiq edildiyi halda, Dağlıq Qarabağ və ətraf 7 rayonu işğal edən Ermənistana qarşı heç bir tədbir görülmür. Azərbaycana deyilir ki, gedin müharibəsiz danışıqlar aparın. Münaqişənin həlli variantlarını axtarın. Bizə sülh çağırışı edən böyük dövlətlər, həmsədr ölkələr, Minsk qrupu bu münaqişənin kökünə varmır, müharibənin hansı səbəbdən yarandığını unudur. Əgər bunu bilsəydilər, indi təmas xəttindəki sakitliyin uzun sürməyəcəyini, yenidən atəş səsləri gələcəyini anlayarlar.

Tarix
2014.08.16 / 19:42
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Təcili: Qarabağ erməniləri yürüşə silahla qoşulur – Şok video

İlham Əliyev Qələbə paradında iştirak edəcək? - Uşakov

ABŞ və İrəvan arasında ilk illik qərargah danışıqları oldu

Bayramov ATƏT sədri ilə telefon danışığı apardı

Bakı-Ankara hərbi əməkdaşlığı genişləndirir - Video

Robert Fitso Azərbaycana gəldi

DTX-nin əməkdaşları “Heydər zirvəsi”ndə - Foto

ABŞ səfiri Füzulidə - Foto

Erməni xalqı müharibəni seçir? - Ekspert

Zəngəzura, Göyçəyə gedən yol - Üç mühüm ssenari…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla