Yuxarı

Rusiyaya görə Neft Fondumuza dəyən zərbə - Ekspert

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Rusiyaya tətbiq edilən sanksiyalar Azərbaycana təsirsiz ötüşməyəcək".

Bu sözləri Axar.az-a iqtisadçı ekspert Samir Əliyev Rusiyaya tətbiq edilən sanksiyaların Azərbaycana təsirinə münasibət bildirərkən söyləyib.

Rusiyaya tətbiq edilən sanksiyaların Azərbaycana ciddi təsirindən danışan ekspert, buna görə hələlik ən böyük zərbənin Neft fonduna dəyəcəyini bildirib:

"Rusiyaya tətbiq edilən sanksiyaların Azərbaycana təsiri bir neçə istiqamətdə mövcuddur. Birincisi, Azərbaycanın valyuta ehtiyatlarının azalmasıdır. Yəni neft fondu istiqamətində olan təsiri nəzərdə tuturam. Çünki biz bilirik ki, neft fondunun valyuta ehtiyatlarına hardasa 500 milyonluq rubl yerləşdirilib. Əgər rus rublu 10% ucuzlaşıbsa, deməli, 500 milyon dollar rubl ən azı 10% dəyərini itirib. İkincisi ondan ibarətdir ki, Neft fondu VTB bankının səhmlərini alıb. Həmin bankın da səhmləri əhəmiyyətli dərəcədə ucuzlaşıb. Yəni Rusiyaya tətbiq edilən sanksiyaların bir istiqamətinin zərəri neft fondu istiqamətində, valyuta ehtiyatlarının azalmasıdır. İkinci istiqamət - biz bilirik ki, orada iki milyondan çox soydaşımız işləyir. Bu da Azərbaycanda, xüsusilə regionda yaşayan ailələrin sosial vəziyyətinin pisləşməsinə gətirib çıxaracaq. Digər tərəfdən də Rusiyanın kənd təsərrüfatı məhsullarına tətbiq edilən sanksiya nəticəsində Azərbaycan məhsullarının bu ölkəyə axması bazarlarımızda qiyməti bahalaşdıra bilər. Bu, Rusiyaya tətbiq edilən sanksiyaların Azərbaycana olan ilkin təsiridir və getdikcə sanksiyalar daha da dərinləşdikcə Rusiyanın digər sahələrinə də ciddi təsir göstərəcək".

Tarix
2014.08.17 / 14:57
Müəllif
Ülkər Cəfərova
Şərhlər
Digər xəbərlər

Paşinyan Putinə yardım edir - Avropa mediası

Ermənilərin türklərə qarşı soyqırımı... – Yeni xəritə

Azərbaycan nefti və qazı Avropaya uzun illər lazım olacaq

Sülhməramlılar Laçından Ermənistana keçdi - Video

İranlı nazir Azərbaycana gəlir

İlham Əliyev Datuk Mutanq Taqalı qəbul etdi

İki deputatımızın rüsvayçı açıqlaması: Nikol sevinir - Video

Prezident Yan Vanmini qəbul etdi

Ermənistan ordusu iyuna qədər... - Araik hansı sirləri açıb?

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla