Yuxarı

Bu müharibələri kimlərin apardığını bilməliyik - Millət vəkili

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan hərbi təcavüzə məruz qalıb. Ölkənin ərazisinin bir hissəsi işğal olunub, yüz minlərlə insan doğma yurdundan didərgin salınıb, qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Bu gün isə biz Avropa strukturlarında yeni informasiya müharibəsi ilə üzləşmişik.

Axar.az xəbər verir ki, bu fikirləri Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Asim Mollazadə assambleyanın yaz sessiyasında söyləyib. O bildirib ki, bu gün müstəqil siyasət yürüdən, Qərb ilə Şərqi, Şimal ilə Cənubu öz strateji layihələri ilə birləşdirən, Avropanın enerji təhlükəsizliyində, nəqliyyat sisteminin formalaşmasında vacib rol oynayan Azərbaycanı bəzi qüvvələrin gözü götürmür. Belə qüvvələr yeni siyasi informasiya texnologiyalarından istifadə edərək bizi hədəf seçiblər. Azərbaycana qarşı bu informasiya müharibəsinin əsas məqsədi müstəqilliyimizə xələl gətirmək, bizi beynəlxalq təşkilatlardan uzaqlaşdırmaqdır.

Milli Məclisin deputatı vurğulayıb ki, belə hücumların arxasında kimlərin dayandığı aydınlaşdırılmalıdır. Yeni növ müharibələri kimlərin apardığını bilməliyik.

Tarix
2018.04.23 / 22:37
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Türkiyə İsraillə ticarəti kəsdi: milyardlardan imtina etdi

Kupman Bakıda: Hacıyevlə görüşdü - Foto

Bakı Forumunun yekununda Bəyannamə qəbul edildi

NATO tankları Moskvanın mərkəzində - Foto

Bayramov Quterreşin müşaviri ilə COP29-u müzakirə etdi

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

Prezident pravoslav xristian icmasını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla