Yuxarı

102 erməni öldürən əfsanəvi komandir - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Musavat.com-a göndərilmiş pres-relisdə deyilir ki, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər fondunun maliyyə dəstəyi ilə "Addım" GİM ictimai birliyi "Müasir təbliğat" (filmlər) layihəsi çərçivəsində 741 saylı hərbi birləşmənin komandiri Məhərrəm Seyidovun şücaətli həyat yolu və döyüş qəhrəmanlığına həsr olunmuş "Amasiyadan olan unudulmuş qəhrəman" adlı sənədli film hazırlayıb.

Film 20 il sonra təsadüf nətəicəsində üzə çıxan videokadrlar əsasında çəkilmişdir. Filmin rejisoru Elşən Rüstəmov, prodüseri isə Kamil Həmidovdur.

Filmin əsas məqsədi: Erməni işğalçılarına qarşı mübarizədə şəhid olmuş Məhərrəm Seyidovun qəhrəmanlıqları kontekstində dünya ictimaiyyətinə Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətləri yaymaqdan ibarətdir. Çəkilişlər zamanı İTV və ANS-in youtube sosial şəbəkəsində yerləşən videokadrlarından, həmçinin fotorepatyorların karabakh-doc.azerall.info saytında yerləşən materiallarından da da istifadə olunmuşdur.

"Addım" GİM ictimai birliyi dəstəyə görə Azərbaycan Respublikası Prezidenti yanında Gənclər fonduna və filmin çəkilişlərində iştirak edənlərə, həmçinin Məhərrəm Seyidovun qohumlarına və yaxınlarına təşəkkür edir.

Tarix
2014.08.18 / 02:34
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İbrahim Rəisi sağdırmı? – İrandan şok qərarlar...

İran mediası Rəisi ilə bağlı bu xəbəri sildi

Sərhəddə açılış: İlham Əliyev və Rəisi iştirak etdi - Yeniləndi

İlham Əliyev Rəisi ilə görüşdü - Foto

XİN Türkiyədəki bu bayramla bağlı paylaşım etdi

Bayrağımız niyə oxşardır? Paris Bakıdan nə istəyir?

Mierinyanın Füzuli səfərində diqqət çəkən detal - Foto

Polis erməni deputatları sərhədimizə buraxmadı

İran-Azərbaycan əlaqəsi təkcə qonşuluq deyil – Rəisi

İran-Azərbaycan dostluğu sarsılmazdır - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla