Yuxarı

Paşinyanın Bakıya ermənisayaq cavabı - Ekspert

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan son hərəkətləri ilə Qarabağ məsələsinin həllində sülh planından uzaq olduğunu təsdiqləyir.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib. Politoloqun sözlərinə görə, işğalçının təhrikçi və təxribatçı siyasəti İrəvanın münaqişəli vəziyyəti normallaşdırmaq ideyasından çox uzaq olduğunu göstərir:

“Ermənistanın bütün planları qarşıdurmanı daha da dərinləşdirməkdən ibarətdir. Bu həqiqətən də Azərbaycanın sağlam ruhda olmasına ermənisayağı bir cavabdır. Burada Nikol Paşinyanın Serj Sərkisyanın mənfur siyasətinin davam etdirməsinin şahidi oluruq. Belə getsə, istənilən məqamda Dağlıq Qarabağ və onun ətrafında vəziyyət odlu-qanlı müharibə kampaniyasının başlanması ilə nəticələnə bilər. Artıq proses demək olar ki, buna doğru gedir”.

Politoloq bildirib ki, sülh istəyən tərəf danışığa hazır olduğunu hər zaman müvafiq bir tərzdə nümayiş etdirir:

“Ermənistanın hərəkətlərində isə risk dolu hazırlıqlar müşahidə olunur. Hesab edirəm ki, Ermənistan artıq Paşinyan dövrünün seçimini nümayiş etdirir və bu seçimdən yaxşı bir şey gözləmə dəyməz”.

Qeyd edək ki, mayın 20-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan sahəsində düşmən tərəfinin növbəti təxribatının qarşısını alarkən, döyüş tapşırığını yerinə yetirən zaman Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Tatarov Adil Əli oğlu şəhid olub.

Tarix
2018.05.22 / 08:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

ABŞ-dan yeni "dalğa": Şuşa açıqlaması və 600 min rüşvət…

İlham Əliyev və Rəisi bu iki bəndin açılışında iştirak edəcək

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Foto

Kupman Cənubi Qafqazdan sonra Türkiyəyə gedir

Mehriban Əliyeva xristian icmasını təbrik etdi

Baxçalı “Əhməd Cavad" Şərəf Medalı ilə təltif olundu

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

İƏT-dən azərbaycanlıların Ermənistana qayıdışına dəstək

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla