Yuxarı

“Xalqı Rusiyaya qarşı təhrik etməyin mənası yoxdur”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Xalqı Rusiyaya qarşı təhrik etməyin mənası yoxdur”

"Qərb tarixən Rusiya ilə ənənəvi səhvini bu gün Ukrayna siyasətində də davam etdirir".

Bunu Axar.az-a prezidentliyə keçmiş namizəd, İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri İlqar Altay Qərb-Rusiya arasındakı "soyuq müharibə" haqda danışarkən deyib.

Onun fikrincə, Qərb yenə də həlledici anda, münaqişənin güc göstərməkdən başqa çıxış yolu görünmədiyi vaxt Rusiyadan çəkinir. Politoloq hesab edir ki, Qərb mənasız diplomatik səylərini davam etdirir:

"Artıq Putin desant və digər ordu birləşmələri göndərməklə Ukraynaya birbaşa hərbi müdaxilə edir və bunu gizlətmir. Amma Qərbdən hələ də adekvat reaksiya yoxdur. Bu olmayacaqdısa, Qərb Rusiyadan qat-qat hərbi gücü çox olduğu halda Moskvanın Ukraynaya açıq hərbi müdaxiləsinin, elan olunmamış müharibəsinin qarşısına hansısa iqtisadi sanksiyalar qoymaqla kifayətlənir".

Onun sözlərinə görə, belə halda Ukrayna xalqı və dövlətini Rusiyaya qarşı təhrik etməyin mənası yoxdur: "Hər halda yaxın günlərdə hər şey aydın olacaq".

Tarix
2014.08.29 / 09:20
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

Azərbaycan Pakistana başsağlığı verdi

Türkiyə də Azərbaycanı təbrik etdi

Rusiya sülhməramlıları Qarabağdan buna görə çıxardı

Bu qardaş ölkə də Azərbaycanı təbrik etdi

Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat... - Deputat

İsrail Azərbaycanı təbrik etdi

Ceyhun Bayramov ABŞ-a yollandı

XİN-dən Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat

Biz qürurlu millətə çevrildik - xoşbəxt xalqıq!

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günüdür

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla