Yuxarı

Avropa Birliyinə gedişimiz sadələşdi - Müqavilə

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 1-də Azərbaycanla Avropa İttifaqı arasında imzalanmış viza rejiminin sadələşdirilməsi və readmissiya haqqında sazişlər rəsmən qüvvəyə minib. Azərbaycanla Avropa İttifaqı arasında viza rejiminin sadələşdirilməsi üzrə saziş ötən il noyabrın 29-da Vilnüs sammitində, readmissiya sazişi isə bu il fevralın 28-də Brüsseldə imzalanıb.

APA bildirir ki, imzalanan sazişlərdə Böyük Britaniya, İrlandiya və Danimarkanın adları yoxdur.

Yeni qaydaların tətbiqi ilə əlaqədar vizalar 10 gün ərzində, təcili hallarda isə 2 gün və daha az müddətdə veriləcək. Azərbaycan vətəndaşları üçün viza rüsumu 35 avro olacaq, lazımi sənədlərin sayı isə əhalinin bəzi kateqoriyaları, o cümlədən yaxın qohumlar, rəsmi nümayəndə heyətlərinin üzvləri, tələbələr, müəllimlər, iş adamları, alimlər və jurnalistlər üçün azaldılacaq.

"Media forum" saytının məlumatına görə, icazəsiz yaşayan şəxslərin readmissiyası (geri qaytarılması) haqqında sazişdə Azərbaycan Avropa İttifaqı ölkələrinə qanunsuz köç etmiş vətəndaşlarının geri qaytarılması ilə bağlı öhdəlik götürür.

Sazişdə göstərilir ki, Avropa İttifaqına üzv dövlətin müraciəti əsasında və sazişdə ehtiva edilən şərtlərdən əlavə rəsmiyyətçiliyə yol vermədən Azərbaycan sorğu edən üzv dövlətin ərazisinə daxil olmaq, qalmaq və ya yaşamaqla bağlı qüvvədə olan şərtlərinə əməl etməyən və ya bu şərtləri yerinə yetirməyən, Azərbaycan vətəndaşı olması sübut olunan və ya prima facie dəlillərlə əsaslandırılmış şəkildə ehtimal edilən bütün şəxsləri readmissiya edir.

Sazişdə bu məsələ ətrafında daha bir sıra öhdəliklər də nəzərdə tutulub və eyni zamanda hansı şəxslərin necə readmissiya edilməsi açıqlanıb, şərtlər göstərilib.

Tarix
2014.09.01 / 13:42
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Nikolun “modeli”ni bəyanatda kim tapsa, 500 dollar verəcəm

Xoyskinin Rəsulzadəyə məktubu: Bu ərazini ermənilərə vermək...

Təbrizin qızıl bazarında satıcılar tətilə başladı - Foto

Bakıda 12 nəfərin ölümü ilə nəticələnən terakt - Foto

Paşinyan: Orda sərhədçi dursa, 8-ci gün…

Ermənistan arxivindən şok sənəd: Başkənd kimin ərazisidir? - Foto

Azərbaycan bu ölkəyə əlavə enerji resursları göndərə bilər

Türkiyə NATO qərarını verdi: Onu dəstəkləyəcək!

Astananın Bayramov-Mirzoyan görüşü haqda bəyanatı…

Azərbaycanla Çin arasında memorandum müzakirəsi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla