Yuxarı

Kremlin Paşinyana təzyiqinin ilk mərhələsi başladı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Rusiyanın təzyiqlərinə effektli cavab vermək imkanları yoxdur.

Bu sözləri Axar.az-a açıqlamasında beynəlxalq əlaqələr üzrə ekspert Elşən Mustafayev Rusiyanın Ermənistana satdığı qazı bahalaşdırmaq istəməsinə münasibət bildirərkən deyib. O vurğulayıb ki, öncədən də Paşinyan hökumətinin yürütdüyü siyasətin Rusiya ilə aralarındakı münasibətlərdən asılı olacağı məlum idi:

“Rəsmi İrəvan istənilən siyasəti yürütməkdə sərbəst olsa da, bu siyasətin nəticələrindən doğacaq fəsadlara qatlanmağa da məcburdur. Yəni Paşinyan hazırda nəinki AB-yə doğru addım atsa, hətta balanslı siyasət yürütsə belə Rusiya tərəfindən qəbul edilməyəcək. Çünki bütün sahələrdə asılılıq o həddədir ki, icazəsiz balanslı siyasət yürütməsi ilə Rusiyadan imtina etməsi eyni anlama gələr. Ona görə də Paşinyanın bu gün dərdi Rusiyaya özünü qəbul etdirmək və dəstəyini almaqdır. Amma Rusiyanın bunu sözün əsl mənasında qəbul edəcəyi hələ məlum deyil. Kreml situasiyasını izləməklə bərabər proseslərə nəzarət edir və lazım gəldiyi anda hərəkətə keçmək üçün planlarını hazırlayır. Ermənistana veriləcək qazın qiymətinin qaldırılması ilə bağlı yerli mətbuatda gedən məlumatların nə dərəcədə həqiqət olduğunu söyləmək çətindir. Çünki “Qazprom” rəsmiləri tərəfindən bu barədə hər hansı açıqlama olmayıb. Əgər etibarlı mənbələrdən alınmış doğru məlumatdırsa, o zaman bu, Paşinyana qarşı təzyiq vasitələrindən biri kimi görünə bilər. Yeri gəlmişkən, bu, Ermənistana mümkün təzyiq vasitələri arasında hələ ən zəifidir. Daha güclüləri var ki, Ermənistanın onların qarşısında dura bilmə ehtimalı yoxdur”.

Ekspert vurğulayıb ki, gərginliklər zamana yarana biləcək vəziyyətdən Azərbaycan maksimum istifadə edə bilər:

“Tək Dağlıq Qarabağ faktoru kifayət edər ki, bu sahədə ola biləcək məğlubiyyət Ermənistanın bugünkü siyasi elitasının hamısını siyasi səhnədən silsin. Rusiya Ermənistanda mövqelərini güclü etmək naminə hər cür üsullardan istifadə edə bilər. Amma bir məsələni unutmamalıyıq ki, onlar arasında gərginliklər nə qədər güclü olsa da, siam əkizləri kimi bir yerdə olmağa məhkumdurlar. Bu Ermənistan üçün daha vacibdir”.

Qeyd edək ki, dünən “Jamanak” qəzeti öz mənbələrinə istinadən yazıb ki, Rusiya Ermənistana satdığı qazı bahalaşdırmaq istəyir. “Bu, Ermənistanın yeni rəhbərliyinə təzyiq vasitəsidir”, - deyə nəşr təlaşla qeyd edib.

Tarix
2018.06.14 / 08:15
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla