Yuxarı

Bakı İrəvanın səhv addımına hazırlaşır - Ekspert

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

2016-cı ilin aprelində baş vermiş hadisələr istənilən an təkrarlana bilər.

Bu sözləri politoloq Tofiq Abbasov bu yaxınlarda Belarusla imzalanan razılaşmaya əsasən ölkəmizə gətirilən 301 mm-lik “Polonez”lərin Azərbaycan Ordusunun silahlanmasına daxil edilməsi haqda Axar.az-a danışarkən deyib. O bildirib ki, Azərbaycan Ordusunun müdafiə potensialının gücləndirilməsi Ermənistanın qeyri-adekvat addımları ilə bağlıdır:

“Ermənistanda inqilabi yolla hakimiyyətə gələn yeni adamlar özləri ilə heç bir praqmatik və müsbət düşüncə gətirmədilər. Bu onu göstərir ki, Ermənistanda qarşıdurma siyasətinə meyilli olan qüvvələrin mövqeləri daha güclüdür. Bu qüvvələr hər an regionda Azərbaycan-Ermənistan münaqişəsi üzərindən böyük problemlər yarada bilər. Azərbaycanın son addımları - Belarusdan “Polonez”lərin alınması, Əlahiddə Ümumqoşun Ordunun aviasiya hərbi hissəsində təlim uçuşları keçirməsi məhz bunun qarşısını almağa yönəlib. Ermənistan bilməlidir ki, Azərbaycana qarşı atılacaq hər hansı bir səhv addım Aprel hadisələrinin təkrarlanması ilə nəticələnə bilər. Hesab edirəm ki, Azərbaycanın siyasi rəhbərliyi çox dəqiq siyasət aparır və bütün problemlərin qarşısını almaq üçün vaxtında düzgün qərarlar verir”.

Tarix
2018.06.14 / 09:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla