Yuxarı

İvanişvilinin TANAP qısqanclığı: Tiflis nə istəyir?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

TANAP-a Gürcüstanın rəhbərlik səviyyəsində qatılmaması çox problemli məsələdir.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib. O bildirib ki, bunu heç bir siyasi məntiqlə izah etmək mümkün deyil:

“Əgər bu, Gürcüstandakı siyasi böhranla əlaqəli idisə, onda orada doğrudan da çox ciddi, dərin bir böhran hökm sürməli idi ki, bu cür tarixi bir mərasimə Gürcüstan qatılmasın. Amma böhranın nə qədər dərin olmasından asılı olmayaraq, Gürcüstanın XİN rəhbəri, yaxud da Gürcüstan Prezidenti Georgi Marqvelaşvili bu tədbirdə iştirak edə bilərdi. Hökumətdaxili böhran Marqvelaşviliyə aid olan məsələ deyil. Çünki prezident baş nazirin komandasından uzaq olan bir şəxsdir. O, bu tədbirə qatıla bilərdi”.

Politoloq vurğulayıb ki, əslində Gürcüstanın TANAP-a rəhbərlik səviyyəsində qatılmamasının əsas səbəbi Gürcüstan daxili deyil, xarici siyasəti ilə bağlı problemləridir. Ölkədəki daxili böhranın Gürcüstanın siyasətinə təsir etdiyini bildirən ekspert hələlik Tiflisin hansı siyasi kursu davam etdirəcəyini müəyyən edə bilmədiyini deyib:

“Yəni hazırda hakimiyyətdə olan komanda ümumiyyətlə, istiqaməti itiriblər. Bunlar bilmirlər ki, xarici siyasətdə hansı dəst-xətti tutsunlar. Bu layihədə Gürcüstan vacib rol oynayırdı. Gürcüstandan Azərbaycan qazı Avropaya nəql olunur. Belə bir mərasimə qatılmamağı izah etmək çətindir”.

Politoloq qeyd edib ki, hazırda Gürcüstanı real idarə edən bir nəfər var: Bidzina İvanişvili hakim partiyanın sədridir və bütövlükdə ölkəni idarə edir. Aydındır ki, hakim partiya hakimiyyətdə təmsil olunur, parlamentin əksəriyyətini təşkil edir, Nazirlər Kabinetini formalaşdırır. Hakim partiyadan bilavasitə baş nazir seçilir və baş nazir hökuməti idarə edir. Amma burda reallıqda vəziyyət elədir ki, baş nazir əsas fiqur deyil. Ölkəni də, hökuməti də idarə edən Bidzina İvanişvilidir. Düşünürəm ki, o, baş naziri hakimiyyətdən uzaqlaşdıra bilirsə, ona qadirdirsə, deməli, TANAP-ın açılışında yüksək səviyyədə təmsilçiliyi də təmin edə bilərdi. Görünür, o, bunu etmək istəməyib”.

Qeyd edək ki, ötən gün TANAP-ın açılış mərasiminə Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Bolqarıstan Baş naziri Boyko Borisov, Ukrayna Prezidenti Pyotr Poroşenko, Serbiya Prezidenti Aleksandr Vuçiç, BP rəhbəri Robert Dadli qatılıb. Gürcüstan Prezidenti Georgi Marqvelaşvili mərasimə dəvət edilsə də, gəlməyib. Gürcüstan mərasimdə səfir İrakli Koplatadze ilə təmsil olunub.

Tarix
2018.06.15 / 10:21
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Şolts bu mübarizəsinə görə İlham Əliyevə təşəkkür etdi

4 kənd qaytarıldı, mərkəz bağlandı: Yaxşı fürsətlər var...

Son görüşdə hər ikiniz məni buna əmin etdiniz - Şolts

Əliyev və Şolts medianın suallarını cavablandırır - Canlı

Əliyevlə Şoltsun Berlində geniş tərkibdə görüşü başa çatdı

İranlı mollalar özlərini ifşa etdi, Əliyevi təsdiqlədilər!

Əliyevlə Şoltsun təkbətək görüşü oldu

Ermənistan Azərbaycanın beşdə birini işğal etdikdən sonra...

Ağdamda heç nə etməyən mərkəz bağlandı

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla