Yuxarı

Güləşçimizin Suriyaya getməsinin şok səbəbi - Anasından

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Güləşçimizin Suriyaya getməsinin şok səbəbi - Anasından

"Bala, nahaq sözlərdi yazırlar oğlum haqqında. Mənim balam Türkiyədədir. İşləməyə gedib ora".

Bu sözləri Axar.az-a İsmayıllı rayonundan azyaşlı uşağı və həyat yoldaşı ilə birlikdə Suriyaya Əsədə qarşı döyüşmək üçün gedən güləşçimiz Rəşad Baxşəliyevin anası Mirvari Baxşəliyeva deyir.

Güləşçimizin anası fəryad edir ki, oğlu haqqında deyilənlərin hamısı şayiədir:

"Bizim adımızdan yalan məlumatlar yayırlar. Dünən də, bu gün də danışmışam oğlumla. Ona da dedim, ay bala, biryolluq cavab ver bu insanlara ki, mənim də canım rahatlasın, cavab ver, yerini bilsinlər. Artıq-əskik danışmasın camaat. Oğlumla da danışıram, nəvəmlə də, gəlinimlə də".

M.Baxşəliyeva deyir ki, oğlunun buradan getməsinə səbəb və onun haqqında Suriyada döyüşlərə qatılması ilə bağlı şayiələri yayan İsmayıllı rayon Olimpiya idman Kompleksinin direktoru Tofiq Hümbətovdur:

"Tofiq mənim balamı burda dolandırmadı, yola vermədi, maaş vermədi oğluma. Uşağım da çarəsizlikdən çıxıb getdi Türkiyəyə. İndi orada bir qrup yoldaşının yanında tikinti işində işləyir. Tofiq tanıdığı jurnalistlərə pul verib tapşırır ki, oğlumun Suriyaya getməsi haqqında yalan məlumatlar yazsınlar. Onlar da yazır ki, guya Rəşad gedib Suriyaya döyüşməyə. Mən bir anayam. Tofiq düşünmürmü ki, mən ona layiqli cavab verərəm?! Utansın bu hərəkətinə görə. Oğlum Türkiyəyə mənim yanımdan getsəydi, qoymazdım, imkan verməzdim. Yoldaşı ilə yaşadığı evdən gedib".

M.Baxşəliyeva qeyd edir ki, yaxın zamanlarda oğlu Rəşad Baxşəliyev özü də internet vasitəsilə haqqında deyilənlərə aydınlıq gətirəcək:

"Rəşadla danışanda dedim, bu deyilənlərə birdəfəlik cavab ver. Dedi, ana narahat olma, internet vasitəsi ilə hamıya cavab verəcəyəm ki, əl çəkin məndən. Mən Türkiyəyə çörək pulu dalınca gəlmişəm. Bir aya mən də gedəcəyəm oğlumun yanına. Elə oğlumla bir yerdə çıxacağam efirə ki, qoy hamı görsün ki, Rəşad sağ-salamatdı, Türkiyədə işləyir".

Qeyd edək ki, İsmayıllı rayonun Xankəndi məktəbində bədən tərbiyəsi müəllimi olan güləşçi R.Baxşəliyev Suriyaya döyüşməyə yollandığı deyilir. Onunla birlikdə rayondan Suriyaya bir neçə başqa ailə də gedib.

Tarix
2014.09.04 / 09:20
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Əliyevin liderliyi ilə çox vacib addımlar atılır - Türkiyə XİN

Heydər Əliyevin nəvələri ilə səmimi - Videosu

Tehran və Bakı ortaq gələcək qurmağa sadiqdir - Arakçı

TRT-dən Heydər Əliyevlə bağlı xüsusi reportaj - Video

Heydər Əliyev xaricdən yazılmış bu ssenarini poza bildi...

XİN Keniyanı Milli Günü münasibətilə təbrik etdi

Heydər Əliyev irad bildirdi ki, bunu niyə vaxtında deməmisən

Bakı Ermənistana yanacaq göndərir? - Qriqoryan

Separatçıların İrəvandakı ofisi bağlanacaq

Tokayev Xəzərə görə dünyaya çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla