Yuxarı

Bu ölkə dövlət atributlarına dəyişiklik edir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Polşa Mədəniyyət Nazirliyində dövlət rəmzlərinə dəyişikliklər edilməsi üzərində iş gedir. Rəmz islahatlarının aparılması bəzi yanlışlıqları aradan qaldırmaq məqsədi daşıyır.

Axar.az xəbər verir ki, Polşa Konstitusiyasına və gerb haqqında qanununa, habelə İşıqlandırma Məsələləri üzrə Beynəlxalq Komissiya tərəfindən yaradılmış rəng modelinə (CIELUV) görə, ağ və qırmızı rənglər bu ölkənin milli rəngləridir.

Amma bu sistem mükəmməl deyildir. Bu səbəbdən hazırlanan bayraqların rəng çalarları müxtəlifdir.

Üstəlik, terminologiya da qeyri-dəqiqdir. Qanunda dövlət gerbi “herb” (“gerb”) sözü ilə deyil, “godlo” (emblem, fərqləndirici nişan) sözü ilə adlandırılıb. Hələ Polşa Xalq Respublikası dövründə yol verilən bu səhv müasir qanunvericiliyə və Konstitusiyaya keçib.

Heraldika mütəxəssisləri bildirirlər ki, əslində “godlo” ağ qartalın qırmızı qalxansız təsviridir.

Bundan əlavə, gerbin təsvirinə qartalın xaçla tamamlanmış tacını əlavə etmək nəzərdə tutulur.

Polşa himninin musiqisinə və sözlərinə düzəliş edilməsi də planlaşdırılır. Xatırladaq ki, hələ 1797-ci ildə Yuzef Vıbitski tərəfindən marş kimi yazılmış bu himn Dombrovski Mazurkası adlanır.

Qeyri-rəsmi məlumata görə, düzəlişlər noyabrın 11-i - Polşanın Müstəqillik Günü ərəfəsində qüvvəyə minəcək.

Tarix
2018.06.20 / 18:09
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənistan Azərbaycanın beşdə birini işğal etdikdən sonra...

Əliyevlə Şoltsun təkbətək görüşü başladı

Ağdamda heç nə etməyən mərkəz bağlandı

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

COP29 bizə imkan verəcək ki... - Prezident

Qafqazda Rusiyanın yalnız bir tərəfdaşı var - Fenenko

Bu, gördüyümüz işlərin tanınmasıdır - Prezident

Sülhməramlılar Qarabağda buna nail oldular - Rus general

Azərbaycan XİN-dən Avropa Parlamentinə cavab

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla