Yuxarı

Bakı qərarını verdi: İrəvan nə qədər Moskvaya yalvarsa da...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son günlər Dağlıq Qarabağ ətrafında baş verən hadisələr çox ciddi anlam daşıyır və bu fonda keçirilən irimiqyaslı hərbi təlimlər birbaşa Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsinə hesablanıb.

Bunu Axar.az-a açıqlamasında sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq bildirib ki, Azərbaycan yeni silahlar əldə edərək bölgədəki hərbi üstünlüyünü təmin etməyə çalışdığını gizlətmir və buna tam –hüquqi-siyasi və mənəvi haqq var:

“Dağlıq Qarabağ probleminin danışıqlar yolu ilə ədalətli həlli kifayət qədər problemli görünür. Bu baxımdan da Azərbaycan öz müdafiə qüdrətini artırmaq üçün orduya vəsait əsirgəmir. Ümumiyyətlə, son günlər Dağlıq Qarabağ ətrafında baş verən hadisələr çox ciddi anlam daşıyır və bu fonda keçirilən irimiqyaslı hərbi təlimlər birbaşa Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsinə hesablanıb. Artıq səbri qalmayan Azərbaycanın Qarabağ məsələsinin həllində hərbi yolu seçəcəyini istisna etmək olmaz. Məhz bu sarıdan da ordumuz müharibəyə ciddi şəkildə hazırlaşır. Azərbaycan ordu quruculuğu üçün lazım olan silah imkanlarını və insan resurslarını artıq işə salıb. İşğalçı Ermənistan Azərbaycan Ordusunun artan qüdrəti qarşısında müəyyən silahlara sahib olmağa çalışsa da, buna maliyyə gücü yetməyəcək. Hava məkanında birmənalı üstünlüyünü qoruyan Azərbaycan Hərbi Hava Qüvvələrinin tərkibində sürətli qırıcı təyyarələr və vertolyotlar yetərincədir. Bu, Ermənistan üçün hər an arzulanmaz vəziyyət yarada bilər”.

Politoloq bu arada Rusiya tərəfindən Ermənistana Su-30SM təyyarələrinin veriləcəyinə inanmadığını deyib:

“Azərbaycan silahların təkmilləşdirilməsi istiqamətində Pakistan və Çinlə danışıqlar aparır. Sözsüz ki, bu, İrəvanı ciddi vahiməyə salıb və onlar indi buna qarşılıq verməyə çalışırlar. Ancaq Ermənistan bu məsələdə olduqca geri qalır, işğalçı ölkənin xarici borcu 7 milyard dolları aşır. Buna görə də Ermənistanın Rusiyadan Su-30SM təyyarələrini alacağı heç inandırıcı deyil. Üstəlik, bunun ən azı iki ilə reallaşacağı da sadəcə cəfəngiyyatdır. Bütün bunlar göstərir ki, Ermənistan sözügedən silahların alınması üçün vəsait axtarışındadır. İrəvan Moskvaya yaltaqlanıb, ruslardan şərti kreditlər almağa çalışır. Ancaq işğalçı nə qədər səy göstərsə də, Azərbaycanın hava sahəsindəki üstünlüyünü aradan qaldıra biləcək hərbi hava donanmasını yarada bilməyəcək. Bu dəqiqdir. Ermənistan başqa dövlətin silahları ilə bölgədəki vəziyyəti hər zaman destabilizə edən və Avropada silahların yerləşdirilməsinə dair kvotanı pozan ölkə kimi tanınıb. Bu nöqteyi-nəzərdən İrəvanın Bakıya qarşı bütün səyləri boşa çıxacaq”.

Tarix
2018.06.21 / 08:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

General Heydər Əliyevin DTX-dakı işindən danışdı

Prezident Sus kəndində sakinlərlə görüşdü - Foto

Prezident ekskovatoru belə idarə etdi - Video

DTX-də Heydər Əliyevlə bağlı tədbir keçirildi - Foto

Prezident Şuşa rayonunda bu qəsəbənin təməlini qoydu

Tavuşda demarkasiya müdafiəni çökdürəcək – Xaçatryan

Prezident və xanımı Şuşada... - Foto

Ermənilərə bu əminliyi onlar vermişdi - Prezident

Ombudsman BMT-nin komitə üzvü ilə görüşdü - Foto

Füzuli hava limanından yeni görüntülər - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla