Yuxarı

OPEK Trampın istəyinə uyğun qərar verəcək – Proqnoz

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya bazarında neftin gələcək qiymətləri ABŞ-ın istəyinə uyğun olaraq tənzimlənəcək.

Bu sözləri OPEK-in növbəti toplantısından gözləntiləri barədə Axar.az-a danışarkən keçmiş maliyyə naziri, professor Fikrət Yusifov deyib. İqtisadçı bildirib ki, hasilatın artırılması dünya bazarında neftin qiymətlərinin aşağı düşməsi ilə nəticələnəcək:

“Çünki hasilatın çoxalması bazarlarda təklifin artması ilə müşayiət olunacaq. ABŞ neftin qiymətlərinin aşağı düşməsinin tərəfdarıdır. Bu üzdən ABŞ hökuməti xüsusilə də Donald Trampın prezident seçilməsindən sonra bu istiqamətdə əlindən gələni edir. Məqsəd isə təbii ki, ilk növbədə iqtisadiyyatı neftlə bağlı olan Rusiyanı zəiflətməkdir. Onsuz da Rusiyaya qarşı sanksiyalar getdikcə daha da dərinləşdirilir. Hesab edirəm ki, dünya bazarında neftin gələcək qiymətləri ABŞ-ın istəyinə uyğun olaraq tənzimlənəcək. Çünki başda Səudiyyə Ərəbistanı olmaqla, OPEK-ə üzv olan ölkələrin əksəriyyəti ABŞ-ın yaxın dostudır. Bu fonda neftin qiymətlərinin aşağı düşməsi Rusiyanın iqtisadi cəhətdən daha çox zəifləməsinə gətirib çıxaracaq”.

Qeyd edək ki, iyunun 21-23-də Avstriyanın paytaxtı Vyanada Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEK) “Neft-Dayanıqlı gələcək üçün əməkdaşlıq” mövzusunda 7-ci beynəlxalq seminarı keçiriləcək.

Ötən ilin 30 noyabrında OPEK Nazirlər Şurasının 173-cü iclası çərçivəsində Neft İxrac Edən Ölkələr Təşkilatına üzv və kartelə daxil olmayan dövlətlərin nazirlərinin 3-cü görüşündə neft hasilatının azaldılmasına dair sazişin müddəti 2018-ci ilin sonuna kimi uzadılmışdı.

OPEK və qeyri-OPEK ölkələrinin bu yeni razılaşmasına Azərbaycan da qoşulmuşdu.

Tarix
2018.06.22 / 07:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı olacaq

İlham Əliyev Almaniyada: Fotolar nələr “danışır”...

Hindistan Bakının iradlarına cavab verdi

Son vaxtlar Almaniyaya səfərlərim... - Prezident

Şolts bu mübarizəsinə görə İlham Əliyevə təşəkkür etdi

4 kənd qaytarıldı, mərkəz bağlandı: Yaxşı fürsətlər var...

Son görüşdə hər ikiniz məni buna əmin etdiniz - Şolts

Əliyev və Şolts medianın suallarını cavablandırır

Əliyevlə Şoltsun Berlində geniş tərkibdə görüşü başa çatdı

İranlı mollalar özlərini ifşa etdi, Əliyevi təsdiqlədilər!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla