Yuxarı

AŞPA-da: Paşinyan da Sərkisyan kimi...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Avropa Şurası Nazirlər Komitəsinin sədri, Xorvatiyanın Xarici İşlər naziri Marija Pejçinoviç Buriçin AŞPA-da çıxış edib və millət vəkillərinin suallarını cavabandırıb.

Axar.az xəbər verir ki, Azərbaycan nümayəndə heyətinin üzvü, millət vəkili Qənirə Paşayeva işğalçı Ermənistanın Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarından danışaraq, Nazirlər Komitəsini buna son qoyması üçün Ermənistana təzyiq etməyə çağırıb.

Deputat bildirib ki, AŞPA-nın Nazirlər Komitəsi Ermənistanın törətdiyi vandalizm aktlarına seyrçi qalmamalıdır:
“Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarında azərbaycanlılara məxsus qədim tarixi-mədəni abidələri dağıdır. Bu abidələr Azərbaycanla bərabər, dünya mədəniyyətinin də bir parçasıdır. Mənim əlimdə dağıdılmış abidələrin əvvəlki və hazırkı fotoları və materiallar var. Bunları sizə təqdim edə bilərəm. Ermənistanın yeni rəhbərliyinin də Sərkisyan rejiminin törətdiyi bu cür dəhşətli cinayətləri davam etdirməməsi üçün Nazirlər Komitəsi olaraq nə edə bilərsiniz? Nazirlər Komitəsi Ermənistanın bu halları durdurması üçün hansı addımları ata bilər? Abidələrin məhv edilməsinin qarşısını almaq üçün dəstəyinizə böyük ehtiyac var. Bu istiqamətdə Nazirlər Komitəsindən hansı addımları gözləmək olar?”

Nazirlər Komitəsinin sədri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinin Nazirlər Komitəsinin səlahiyyətində olmadığını, ATƏT-in Minsk Qrupunun səlahiyyəti olduğunu bildirib.

O, bununla belə, Avropa Şurasının tərəflərə dəfələrlə çağırışlar etdiyini, onları dialoqa səslədiyini, münaqişənin sülh yolu ilə həllinə, dağıdıcı aktları dayandırmağa çağırdığını qeyd edib.

Daha sonra AŞPA Nazirlər Komitəsinin sədri ilə ayrıca görüş keçirən deputat işğalçı Ermənistanın Azərbaycan torpaqlarında dağıtdığı tarixi-mədəni abidələrin eyni zamanda dünya mədəniyyətinin də bir parçası olduğunu vurğulayıb və Nazirlər Komitəsini Ermənistanın cinayətlərinə laqeyd qalmamağa çağırıb.

Tarix
2018.06.25 / 21:38
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Əliyev Berbokla görüşdü

Azərbaycanla Ermənistan arasında müharibə... - Pakayin

Media məkanımızı bundan qorumalıyıq - Prezident

Həmvətənlərimiz Prezidenti belə qarşıladı - Video

Sülhə doğru əlavə addımlar atırıq - Prezident

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

COP29 qarşıdurma arenası olmayacaq - İlham Əliyev

Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq... - Prezident

Berlində Əliyevə qarşı erməni aksiyası: Muxtarlı da ordadır

Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı olacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla