Yuxarı

Əli Həsənov AB ilə sazişdən danışdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əli Həsənov AB ilə sazişdən danışdı

Azərbaycan Respublikası Prezidenti Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Avropa Birliyi (AB) ilə Azərbaycan arasında viza rejiminin sadələşdirilməsi haqqında Sazişin imzalanmasını şərh edib.

Ə.Həsənov "APA"ya açıqlamasında bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Vilnüsdə III "Şərq tərəfdaşlığı" sammitində iştirakı və AB ilə Azərbaycan arasında viza rejiminin sadələşdirilməsi haqqında sazişin imzalanması Birliklə ölkəmiz arasında ikitərəfli əlaqələrin inkişafına xidmət edir: "Bununla yanaşı, qeyd etməliyəm ki, cənab İlham Əliyev bütün məsələlərə, o cümlədən ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlığın daha da dərinləşdirilməsinə ilk növbədə Azərbaycanın milli maraqları prizmasından yanaşır. Nüfuzlu beynəlxalq qurumların potensialından ölkənin siyasi, iqtisadi, sosial, humanitar yüksəlişi üçün maksimum bəhrələnmək Azərbaycanın xarici siyasətinin başlıca prinsiplərindən birini təşkil edir.

Viza rejiminin sadələşdirilməsi də Avropa ilə Azərbaycan arasında təmasların güclənməsinə, vətəndaşlarımızın Avropa ölkələrinə işgüzar, turizm və digər məqsədlərlə səfərlərinin asanlaşmasına, bu sahədə mövcud bürokratik əngəllərin aradan qaldırılmasına xidmət edəcək".

Şöbə müdirinin sözlərinə görə, Azərbaycan müxtəlif beynəlxalq formatlardakı iştirakını həm də bütün regional maraqları nəzərə almaqla həyata keçirir:

"Bizim ikitərəfli və çoxtərəfli əməkdaşlığımızda Azərbaycanın milli maraqları başlıca amildir və bu əməkdaşlıq heç bir halda başqa region dövlətlərinin müvafiq maraqlarını pozmur. Bu, belə olub, belə də olacaq. Gələcəkdə də əməkdaşlığın inkişaf etdirilməsi milli maraqlarımıza cavab verəcəksə, biz lazımi addım atacağıq, verməyəcəksə, təbii ki, mövcud formatla qənaətlənəcəyik".

Tarix
2013.11.29 / 16:43
Müəllif
Axar.az
Digər xəbərlər

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

İrana nüvə zərbəsi: Rusiya ABŞ-a xəbərdarlıq edib?

Erməni rəqqas Bakıda “Stepanakert” dedi, cavabı… - Video

Düşmənin öhdəsindən gələ bilərik – Pezeşkian

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək...

Azərbaycanla sərhəddə raketlər yerləşdirildi - Foto

Türkiyə dərsliyində Azərbaycan şəhəri haqda bu ifadə... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla