Yuxarı

Mütəllibovdan Gəncə çağırışı: Bu plana imkan verməyin!

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu hadisəni çox böyük üzüntü ilə qarşıladım. Gəncədə şəhid olan polislərimizə Allah rəhmət eləsin! Ortada qanlı cinayət hadisəsi var. Silah işlətmək, qan tökmək vəziyyətdən çıxış yolu deyil, bu, son mərhələdə ağır nəticələrə gətirib çıxara bilər.

Axar.az xəbər verir ki, bu sözləri Azərbaycanın keçmiş prezidenti Ayaz Mütəllibov Musavat.com-a geniş müsahibəsində Gəncə şəhərində yaşanan son olayları şərh edərkən deyib. Bəzi qüvvələrin Azərbaycanı Suriya, Liviyaya döndərmək istəyi haqda da danışan A.Mütəllibov bildirib ki, buna xalq birliyi ilə cavab vermək olar:

“Bu qüvvələrin məqsədi dövlətimizi zəiflətmək, stabilliyi pozmaq, son nəticədə mərkəzi hakimiyyəti özündən asılı, idarə olunan bir struktura çevirmək, zəif hakimiyyət vasitəsilə bütöv bir xalqı öz məqsədləri üçün istifadə etməkdir... Budur Suriya və digər müsəlman dövlətlərində aparılan müasir siyasət!

Bunu əminliklə vurğulayıram ki, bu hadisədən ölkəmizdə sabitliyi pozmaq istəyən, dövlətimizin müstəqilliyini gözü götürməyən mərkəzlər və onların daxildəki əlaltıları maksimum səviyyədə yararlanmağa çalışacaqlar.

Azərbaycan tarixən müxtəlif millətlərin, dini etiqad sahiblərinin bir yerdə, mehriban qonşuluq şəraitində yaşadığı Vətən olub. İmkan vermək olmaz ki, təxribatçı ünsürlər bu dindar insanların inanclarından öz çirkin məqsədləri üçün istifadə etsinlər”.

Tarix
2018.07.12 / 11:26
Müəllif
Aqşin
Şərhlər
Digər xəbərlər

General Heydər Əliyevin DTX-dakı işindən danışdı

Prezident Sus kəndində sakinlərlə görüşdü - Foto

Prezident ekskovatoru belə idarə etdi - Video

DTX-də Heydər Əliyevlə bağlı tədbir keçirildi - Foto

Prezident Şuşa rayonunda bu qəsəbənin təməlini qoydu

Tavuşda demarkasiya müdafiəni çökdürəcək – Xaçatryan

Prezident və xanımı Şuşada... - Foto

Ermənilərə bu əminliyi onlar vermişdi - Prezident

Ombudsman BMT-nin komitə üzvü ilə görüşdü - Foto

Füzuli hava limanından yeni görüntülər - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla