Yuxarı

Putinlə görüş Trampın başına bəla oldu – Politoloq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti Donald Trampın rusiyalı həmkarı Vladimir Putinlə görüşünün Ağ Ev sahibinin başına bəla açacağı görüşdən əvvəldən məlum idi.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib. O bildirib ki, Tramp Şimali Koreya lideri ilə görüşdə qazandığı uğuru Putinlə görüşdə də təkrarlaya biləcəyini düşünürdü:

“Amma əksi oldu. Trampın qatı əleyhdarları Ağ Ev sahibinin Şimali Koreya diktatoru ilə razılaşmasının həqiqətən uğur olduğunu anladılar və sadəcə susdular. Putinlə görüş və verilən açıqlamalar isə bütün qırmızı çizgilərin aşılması oldu. Çünki Trampın ABŞ-dakı çoxsaylı əleydarları, konqresmenlər, siyasi ekspertlər və media bu görüşü Putinin triumfu kimi dəyərləndirir. Hətta bir çoxları Trampın ölkəsinin mövqelərini Putinlə yaxınlığa qurban verdiyini, ABŞ-ın məxfi xidmət strukturlarına deyil, Putinə inandığını bildirirlər. İş o yerə çatıb ki, bəzi konqresmenlər prezidentlərin görüşündə Amerika tərəfindən tərçüməçilik edən xanım Marine Qrossini qapalı dinləməyə çağırmaq istəyir. Bununla onlar Trampın Putinə qapalı danışıqda nələri vəd etdiyini müəyyənləşdirmək niyyətindədirlər”.

Xatırladaq ki, iki gün öncə Helsinkidə Trampla Putin arasında tarixi görüş baş tutub.

Tarix
2018.07.19 / 17:43
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

ABŞ-dan yeni "dalğa": Şuşa açıqlaması və 600 min rüşvət…

İlham Əliyev və Rəisi bu iki bəndin açılışında iştirak edəcək

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Foto

Kupman Cənubi Qafqazdan sonra Türkiyəyə gedir

Mehriban Əliyeva xristian icmasını təbrik etdi

Baxçalı “Əhməd Cavad" Şərəf Medalı ilə təltif olundu

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

İƏT-dən azərbaycanlıların Ermənistana qayıdışına dəstək

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla