Yuxarı

Bu, büdcəyə əlavə qazanclar gətirə bilər – Şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İpək yolu” perspektivli layihələrdən biridir və artıq onun icrasına başlanılıb.

Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli deyib. Ekspertin sözlərinə görə, Qazaxıstan və onun ətrafında olan ölkələrin birbaşa bu xəttə qoşulması və layihənin iştirakçısı olması gələcəkdə “İpək yolu”nun rentabelliyini və malların dövriyyəsinin həcmini artıra bilər:

“İpək yolu” perspektivli layihələrdən biridir və artıq onun icrasına başlanıb. Bu layihənin Azərbaycana kifayət qədər divident gətirməsi daşınan yüklərin həcmindən asılı olacaq. Bunun üçün də Çin istehsalçıları və Avropaya mal göndərən şirkətlərlə iş aparılmalıdır ki, məhz Azərbaycandan keçən “İpək yolu”nun tərkib hissəsi olan Bakı-Tiflis-Qars dəmir yolundan istifadə etsinlər. Bununla da yaxın bir neçə ildə yük dövriyyəsini artırmaq mümkün olacaq və bu da nəticədə Azərbaycanın büdcəsinə əlavə qazanclar gətirəcək. Söhbət Çin və Uzaq Şərqdən Türkiyəyə, oradan isə Avropaya, yəni Şengen vizasına daxil olan ölkələrin sərhədlərinə qədər olan məsafədən gedir”.

Ekspert bildirib ki, gələcəkdə “İpək yolu” vizası vasitəsilə sərnişinlərin hərəkətini təmin etmək olar:

“Ancaq bunun dəmir yolu vasitəsilə həyata keçirilməsi sərfəli deyil. Çünki dəmir yolunun sürəti azdır. Yəni Çindən Türkiyəyə səfər edən turist ən azı 10 günə yaxın vaxt sərf etməlidir. Turistlər çox zaman uzun zaman alan səfərləri seçmirlər. Ona görə də başqa marşrutlarla - avtobus, təyyarələrlə və bir neçə istiqamətlərlə “İpək yolu” vizası adlı bir format qurmaq mümkündür”.

Qeyd edək ki, Qazaxıstan Türkiyə, Azərbaycan və Qırğızıstana turistlər üçün nəzərdə tutulmuş “İpək yolu” vizasının tətbiq olunmasına çağırıb.

Tarix
2018.08.10 / 08:45
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Ermənistan Azərbaycanın beşdə birini işğal etdikdən sonra...

Əliyevlə Şoltsun təkbətək görüşü başladı

Ağdamda heç nə etməyən mərkəz bağlandı

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

COP29 bizə imkan verəcək ki... - Prezident

Qafqazda Rusiyanın yalnız bir tərəfdaşı var - Fenenko

Bu, gördüyümüz işlərin tanınmasıdır - Prezident

Sülhməramlılar Qarabağda buna nail oldular - Rus general

Azərbaycan XİN-dən Avropa Parlamentinə cavab

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla