Yuxarı

Rusiya Köçəryanı niyə xilas etdi? – Şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Robert Köçəryanın həbsdən azad edilməsində Rusiyanın xüsusi rolu var.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Arzu Nağıyev deyib. Ekspert Xaçaturov və Köçəryanla bağlı qərarın bir-birilə bağlılığını istisna etməyib:

“Məlum məsələdir ki, Ermənistanın keçmiş prezidenti Robert Köçəryan, sabiq müdafiə naziri Vaqarşak Arutyunyan və KTMT-nin Baş katibi Yuri Xaçaturova qarşı həbs siyasəti məhz Paşinyan tərəfindən başladılan bir prosesdir. Xaçaturov hazırda KTMT-nin baş katibi vəzifəsində olduğuna görə onu 10 min dollar müqabilində buraxdılar. Çünki Rusiya Yurinin həbsinin təşkilatın imicinə zərbə vuracağından ehtiyat edirdi. İndi isə Köçəryan haqqında həbs qərarı ləğv edilib. Keçmiş prezidentin həbsdən çıxmasında qondarma Qarabağ rejiminin parlamentinin bir qrup deputatının Ermənistan Baş Prokurorluğuna müraciət ünvanlaması rol oynasa da, bu işdə Rusiyanın xüsusi rolu var”.

Ekspert Rusiyanın həmlələrinə baxmayaraq Paşinyanın Qarabağ klanına qarşı başlatdığı həbs siyasətini davam etdirəcəyini düşünür:

“Vaxtilə Levon Ter-Petrosyanın prezident seçilməsinə mane olanlardan biri də məhz Köçəryan idi. Petrosyan Nikol Paşinyanın xaç atasıdır. Ona görə də hesab edirəm ki, Paşinyan Qarabağ klanının sonuna çıxmaq üçün Ermənistanda başlatdığı prosesləri davam etdirəcək”.

Qeyd edək ki, Ermənistan Apelyasiya Məhkəməsi ölkənin keçmiş prezidenti Robert Köçəryan haqqında çıxarılmış həbs qərarını ləğv edib.

Tarix
2018.08.15 / 16:58
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Təcili: Qarabağ erməniləri yürüşə silahla qoşulur – Şok video

İlham Əliyev Qələbə paradında iştirak edəcək? - Uşakov

ABŞ və İrəvan arasında ilk illik qərargah danışıqları oldu

Bayramov ATƏT sədri ilə telefon danışığı apardı

Bakı-Ankara hərbi əməkdaşlığı genişləndirir - Video

Robert Fitso Azərbaycana gəldi

DTX-nin əməkdaşları “Heydər zirvəsi”ndə - Foto

ABŞ səfiri Füzulidə - Foto

Erməni xalqı müharibəni seçir? - Ekspert

Zəngəzura, Göyçəyə gedən yol - Üç mühüm ssenari…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla