Yuxarı

Azərbaycan və Türkiyə ilə bağlı arzum budur ki... - Seyidrzayi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Arzum odur ki, Azərbaycan və Türkiyə bayraqları hər zaman uca zirvələrdə qoşa dalğalansın.

Axar.az xəbər verir ki, bu sözləri Azərtac-ın Yaponiyadakı xüsusi müxbirinə müsahibəsində hazırda bu gündoğar ölkədə yaşayan, “Azərbaycan-Yaponiya Dostluq Mərkəzi”nin fəallarından biri, iş adamı Keyvan Seyidrzayi deyib.

K.Seyirzayinin təşəbbüsü ilə bir qrup alpinist avqustun 14-də Fuci dağının zirvəsinə qalaxaraq 3776 metr hündürlükdə Azərbaycan və Türkiyənin dövlət bayraqlarını dalğalandırıb.

Azərbaycanlı və türkiyəli alpinistlərdən ibarət qrupun rəhbəri Keyvan Seyidrzayi bildirib ki, bu layihə qrup üzvlərinin və Yaponiyada fəaliyyət göstərən “Azərbaycan-Yaponiya Dostluq Mərkəzi” diaspor təşkilatının Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100-cü ildönümünə hədiyyəsidir.

K.Seyidrzayi əlavə edib ki, Azərbaycanın adı və uğurları barədə son illər Yaponiyada çox danışılır. Yaponiya mətbuatı və televiziya kanallları Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra qazandığı uğurlara, ölkənin dinamik inkişafı barədə xəbərlərə geniş yer verir. Yaponiyanın tanınmış televiziya kanallarının müxbirlərinin Azərbaycana səfərlər edərək ölkə haqda hazırladığı xüsusi proqramlar Yaponiyada yaşayan hər bir azərbaycanlını ürəkdən sevindirir.

Azərbaycanın uğurları ilə qürur hissi keçirdiyini vurğulayan K.Seyidrzayi qeyd edib ki, layihəni Yaponiyada yaşayan əslən türkiyəli dostları - Kamil Akçay, Vəli Fədaioğlu və Çağrı Dəmirər ilə birlikdə həyata keçirib. Türkiyə ilə Azərbaycanın sıx birliyini nəzərə alaraq Fuciyama zirvəsində qardaş ölkələrin dövlət bayraqlarını birlikdə dalğalandırıblar.

Tarix
2018.08.15 / 21:55
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İki deputatımızın rüsvayçı açıqlaması: Nikol sevinir - Video

Prezident Yan Vanmini qəbul etdi

Ermənistan ordusu iyuna qədər... – Araik hansı sirləri açıb?

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla