Yuxarı

“Moskvanın Bakıda strateji postlarda adamları var” – Özəl

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Moskvanın Bakıda strateji postlarda adamları var” – Özəl

"Türkiyə ilə keçirilən hərbi təlim regiona göz dikmiş bəzi dövlətlərə mesajdır".

Bu sözləri Axar.az-a açıqlamasında NATO Əməkdaşlıq İnstitutunun rəhbəri Fərrux Məmmədov söyləyib. O, Kremlin öz media qurumları vasitəsilə Azərbaycana mesajlar verdiyini deyib.

"Azərbaycanla Türkiyə arasında münasibətlər bütün sahələr üzrə mövcuddur və bu sahələrdən ən önəmlisi də məhz hərbi əməkdaşlıqdır. Türkiyə bizə qardaş ölkə olmaqla yanaşı, həmçinin NATO dövlətidir. Bu isə gələcək təhlükəsizliyimizin qorunmasında və regionla bağlı bəzi proseslərdə bizə əlavə divident qazandırır. Türkiyə ilə keçirilən hərbi təlim regiona göz dikmiş bəzi dövlətlərə mesajdır. Ankaranın bu təlimdə iştirakı yalnızca özünün verdiyi qərar deyil. Bu, demək olar ki, həm də sadəcə olaraq Türkiyə adı altında NATO və Azərbaycan təlimidir. Rusiya təcavüzünün açıq və real olduğu bir zamanda bu cür təlimlərin çox olacağını deyə bilərik. Rusiya mətbuatının bu təlimlərə sərt yanaşması isə Moskvanın mövqeyidir. Çünki jurnalist kəşfiyyat məlumatına heç zaman sahib ola bilməz. Bu məlumatları rus kəşfiyyatı əldə edir, dövləti məlumatlandırır. Rusiya dövləti isə öz nəzarətində olan media qurumları vasitəsi ilə Azərbaycana mesaj verir".

F.Məmmədov sonuncu Azərbaycan-Türkiyə hərbi təlimlərini ölkədə istəməyən qüvvələrin mövcud olduğunu bildirib:

"Təbii ki, bu təlimləri ölkəmizdə də istəməyənlər mövcuddur. Bunlar keçmiş SSRİ vaxtından müəyyən dairələrə yerləşdirilmiş, bugünkü Rusiya üçün də önəmli rol oynayan bəzi strateji postlarda yer tutan şəxslərdir. "Bunlar kimdir" deyə sual yaranır? Məncə, bunu Milli Təhlükəsizlik Nazirliyi daha yaxşı bilir. Bu gün bu şəxslər sırasında ölkədə dövlətin idarəçiliyində strateji yerlərdə post tutmuş adamlar var. Əgər Rusiyanın maraqları xaricinə çıxma olarsa, o zaman çevriliş və ya buna bənzər digər xaotik proseslərə start verilə bilər. Bunlardan siğortalanmaq üçün orduya, maliyyə sektoruna milli şəxslər cəlb olunmalı və kadrlar hər dəfə dövlət tərəfindən ciddi yoxlanışdan keçməlidir.

Hesab edirəm ki, elə bu proses də gedir. Bir şeyi unutmayaq ki, daxildə mövcud olan ruspərəst düşmənlər cəbhədəki ermənilər qədər təhlükəlidir".

Tarix
2014.09.24 / 09:10
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

ABŞ İran neftinə sanksiyanı bir aylıq qaldırdı - Hansı məntiqlə?

İran müharibəsi: Azərbaycan “əsas dəhlizə” çevrilir...

Şovinist Rza Pəhləvinin olmayan “Ölümsüzlər” ordusu...

ABŞ-da İran üzrə peşəkarlar niyə işdən çıxarıldı?

Bu nazirin müavilərinin sayı 6-ya çatdı

Nazir müavini təyin edilən jurnalist oğlunun - Dosyesi

Yaxın vaxtda Azərbaycana səfər edəcəm - Vuçiç

Mehriban Əliyeva xalqı bu sözlərlə təbrik etdi

İlham Əliyevdən sərəncam: Həsənov nazir müavini oldu

Azərbaycan Ermənistan ərazisində hərbi postlar qurub?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla