Yuxarı

Şoyqudan Paşinyana sərt sözlər

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şoyqudan Paşinyana sərt sözlər

İrəvan Rusiyanın Ermənistanda milyardlarla dollar sərmayə yatırdığı müəssisələri basqın yolu ilə ələ keçirməyə çalışır.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu deyib.

O bildirib ki, Rusiya 1990-cı illərdə Ermənistanı iqtisadi və enerji böhranından xilas edib, Avrasiya İqtisadi Birliyinə üzvlüyün on ili ərzində isə ölkə iqtisadiyyatı üç dəfə böyüyüb. Şoyqu əlavə edib ki, nununla belə, Nikol Paşinyan hökuməti Rusiya ilə əlaqələri kəsmək və Qərblə əməkdaşlığı gücləndirmək siyasəti yürüdür.

“Ermənistanda fəaliyyət göstərən Rusiya biznesinə qarşı qeyri-dost münasibət və açıq-aşkar ikili standartlar tətbiq olunur. Rusiyanın milyardlarla sərmayə yatırdığı müəssisələr və bütöv sahələrlə bağlı baş verənləri “basqın yolu ilə ələ keçirmə”dən başqa cür adlandırmaq çətindir”, - Sergey Şoyqu əlavə edib.

Rusiya Təhlükəsizlik Şurasının katibinin sözlərinə görə, bütün bunlarla yanaşı, İrəvan “açıq-aşkar absurd” arqumentlər irəli sürür: “Məsələn, Rusiyanın Ermənistan dəmir yollarındakı idarəçiliyinin davam etdirilməsi halında Ermənistanın beynəlxalq dəmir yolu şəbəkələrinə inteqrasiya imkanını itirməsi kimi”.

Tarix
2026.09.17 / 17:58
Müəllif
Axar.az
Digər xəbərlər

Şuşa zəfəri Azərbaycan tarixinin ən şanlı səhifələrindəndir

Biz artmadıq, Azərbaycan isə 10 milyon oldu

Türklər bizə hücum etsə... - Simonyandan möhtəşəm cavab

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı

Husilər Ərəbistanı vurmamaq üçün 51 milyard tələb edir

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

Bakı və Sofiya siyasi məsləhətləşmələr keçirdi

Qazax nazir Ermənistanda: TRIPP müzakirə edildi

Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla